Kürdəmirdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təntənəli bayram şənliyi keçirilib
Bu gün “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə rayonun Mədəniyyət Mərkəzində bayram şənliyi təşkil olunub.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətin Başçısının müavini Vəsilə Əsgərli, təhsil və mədəniyyət işçiləri , rayonun ümumtəhsil məktəblərinin şagirdləri və uşaq bağçalarının kollektivləri öz körpə fidanları ilə ıştirak edirdilər.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli körpə fidanları öz ürək sözlərilə təbrik edərək söyləyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidir" tələbi ölkədə real tətbiqini tapır. Bu işdə Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər, görülən işlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Mehriban xanım Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşır, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir.
Tədbirdə bir qrup istedadlı uşaqlara və idmançılara fəxri fərmanlar və diplomlar təqdim olundu.
Bağça uşaqları və məktəblilərin tədbirdə nümayiş etdirilən əl işlərindən ibarət rəsm sərgisi də iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir uşaqların ifalarında təqdim olunan maraqlı mahnı və rəqslərlə başa çatıb.