Kürdəmir rayonunda barama tədarükünə başlanılıb
Bu gündən Kürdəmir rayonunda barama tədarükünə başlanılıb. Məhsulu kümçülərdən Şəki İpək ASC-nin nümayəndələri qəbul edir.
Kənd sakinləri əlavə xərc və əziyyət çəkmədən bir aydan bir qədər çox barama qurdlarını tut yarpagı ilə qidalandırırlar. Görülən işlərin nəticəsində və tədarük olunan məhsulun müqabilində yüksək gəlir əldə olunur. Artıq Kürdəmir rayonunda kümçülər işlərini başa vurmaq üzrədilər.
Bu il rayonda kümçülərə 520 (9880qr) qutu barama qurdu verilib. Barama qurdu 25 kənd olmaqla 195 ailəyə paylanılb. Rayonun Qaramahmudlu, Sovla , Qarasaqqal, Carlı, Yenikənd, Köhünlü, Qocalı və digər kəndlərində daha çox barama yetişdirlib. Artıq kənd sakinləri ərsəyə gətirdikləri məhsulun bar bərəkətini görməyə başalyıblar. Məhsulun tədarükü Kürdəmir rayon Kənd Təsərrüfatı idarəsinin həyətində Şəki İpək ASC tərəfindən aparılır.
Bütövlükdə bu il rayonda 20,8 ton barama tədarükü nəzərdə tutulub.