Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə aqrar sahənin inkişafına xüsusi önəm verilir

05 mart 2013 | 16:00

Kürdəmir rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə aqrar sahənin inkişafı istiqamətində görülmüş məqsədyönlü tədbirlər nəticəsində rayonumuzda qabaqcıl nümunələrin yaradılması və yayılması sahəsində ardıcıl işlər aparılmış, taxılçılıq sahəsində, Süd emalı zavodunda, iri istixana təsərrüfatlarında, mütərəqqi üsulla becərilən qarğıdalı sahəsində və bağlarda sahibkarların, mütəxəssislərin iştirakı ilə seminarlar keçirilmiş, onlara lazımi bilgi və tövsiyyələr verilmişdir.
  Rayonda üzüm bağlarının sahələri xeyli artırılmış,payız və qış mövsümlərində tərəvəz  yetişdirilməsi məqsədi ilə müasir istixanalar  yaradılmışdır.
Mütərəqqi texnologiya ilə qurulmuş istixana təsərrüfatında keçirilən seminar müşavirələrdə belə təsərrüfatların iqtisadi cəhətdən səmərəsi barədə sahibkarlara bilgilər və tövsiyyələr verilmişdir.Görülmüş tədbirlər nəticəsində  bu sahəyə sahibkarların marağı artmış, nəticədə ötən il örtülü qruntların sahəsi 4 hektar artırılaraq 5,5 hektara çatdırılmış və cari ildə 10 hektara çatdırılması qarşıya məqsəd qoyulmuşdur. Ötən ilin payız-qış mövsümündə parnik təsərrüfatlarından 300 tondan çox xiyar, 100 tondan çox pomidor məhsulu götürülmüşdür.
Belə nümunələrin sayının artırılması, onların öyrənilməsi və yayılması istiqamətində müntəzəm iş aparılmaqdadır.
Rayonda aqrar sahənin inkişafı istiqamətində görülmüş tədbirlər nəticəsində ötən il 74 318 ton, əvvəlki ildəkindən 19 141 ton çox taxıl, 14 035 ton, əvvəlki ildəkindən 1 125 ton çox kartof,  21 094 ton, əvvəlki ildəkindən 156 ton çox tərəvəz, 48 073 ton, əvvəlki ildəkindən 508 ton çox bostan, 1567 ton, əvvəlki ildəkindən 982 ton çox qarğıdalı dəni, 21371 ton, əvvəlki ildəkindən 521 ton çox meyvə, 3984 ton, əvvəlki ildəkindən 317 ton çox üzüm məhsulu istehsal edilmişdir.
Ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə taxıl əkinlərinə maksimum aqrotexniki qulluq göstərilmiş, ət, süd, yumurta və diğər kənd təsərrüfatı məhsullarının istehsalının artırılması tədbirlər görülmüşdür.
  Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Aqrar məsələlər şöbəsi və kənd təsərrüfatına xidmət edən təşkilat rəhbərləri öz işlərini günün tələbləri səviyyəsində qurmuş, məhsul istehsalının artırılması istiqamətində lazımi tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmişlər.
Aqrar  sahənin  inkişafı  rayonumuzda  əhalinin  gəlirlərinin artmasına, yaşayış rifahının yaxşılaşmasına və işsizliyin azalmasına imkan yaradır.

Keçidlər