Şriftin ölçüsü :

Saytın rəngi :

Mehdili kəndində görüş

31 may 2018 | 16:00

 Mayın 31-də  Kürdəmir  Rayon  İcra  Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun  Mehdili  kənd  inzibati  ərazi  dairəsinin  Öyləqulu,  Qoçulu,  Mehdili və Dayıkazımlı kəndlərinin sakinləri ilə səyyar görüş-qəbulu keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının,  idarə,  müəssisə  və  xidmət  təşkilatlarının  rəhbərləri  iştirak  ediblər.
Görüşdə iştirak edən kənd ağsaqqalları  Mehdi Mehdiyev, Nüsrət Hüseynov, Nazir Hətəmov ziyalı Gülağa Nəsirov  və başqaları çıxış edərək kəndə gələn su kanallarının  və  kənddaxili  su arxlarının  lildən  təmizlənməsi,  istismar  müddətini başa vurmuş elektrik naqillərinin və dirəklərinin dəyişdirilməsi , həmçinin  kənddə yeni məktəb binasının və tibb məntəqəsinin inşasının zərurəti barədə müraciət ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə  aidiyyatı  təşkilatların  rəhbərlərinə  göstəriş və tapşırıqlarını  verdi.
Kənd sakinləri öz çıxışlarında  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş,  dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət  və  qayğını  yüksək  qiymətləndiriblər.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

 


 

Keçidlər