Kürdəmirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan idmanın yunan-roma güləşi üzrə rayon birinciliyi keçirilib
26 may 2018 | 16:00
Kürdəmir Olimpiya İdman Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan idmanın yunan-roma güləşi üzrə açıq rayon birinciliyi kecirilib.
Birincilikdə 2005-2007-ci il təvəllüdlü 110 güləşçi 10 çəki dərəcəsində öz güclərini sinayıblar.
Yarışda qalib qələn idmançılar Kürdəmir rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.