Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə tədbir keçirilib

22 may 2018 | 16:00

Mayın  22-də  Kürdəmir  Mərkəzi  Rayon  Xəstəxanasının  akt  zalında  rayonun  səhiyyə  işçilərinin   iştirakı ilə  Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə  tədbir keçirilib.
Tədbirdə  Kürdəmir  Rayon İcra Hakimiyyəti  Başçısının  müavini Vəsilə Əsgərli,   Kürdəmir   Mərkəzi  Rayon  Xəstəxanasının  baş  həkimi   Eynulla Novruzov və  səhiyyə  işçiləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başladı.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Eynulla Novruzov  öz çıxışında bildirib ki, 1918 ci il 28 may tarixində Tiflis şəhərində öz müsdəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti həmin dövürdə şərq aləmində ilk demokratik cümhuriyyət idi. Həmin dövürün  tarixi hadisələrinə nəzər saldıqda görürük ki, Azərbaycan xalq cumhuriyyəti çox gərgin beynəlxalq proseslər zamanı yaranmışdır. Azərbaycan xalq cumhuriyyətinin qurucuları olan Məmmədəmin Rəsulzadə, Əlmərdan bəy Topçubaşov, Fətəli xan Xoyiski, Əhməd bəy Ağaoğlu və digər həmin dövrün ziyalıları çox çətin bir siyasi mübarizələr meydanında  cümhuriyyəti yaratmağa nail olmuş, qısa zaman kəsiyindədə olsa cümhuriyyətin yaşamasını təmin edə bilmişdilər. Yarandıqdan sonra cümhuriyyətin müstəqil, demokratik dövlət kimi tanınması istiqamətində fəal xarici siyasətə başlamışlar. Bunun nəticəsi idi ki, Paris sülh konfuransına yollanan Azərbaycan numayəndə heyyəti Amerka prezidenti Vudro Vilsonla görüşüb Azərbaycanın de-fakto tanınmasına nail olmuşdular. Əvvəldədə qeyd etdiyimiz kimi beynəlxalq siyasi vəziyyətin çox gərgin olması cümhuriyyətin yarandığı gündən tam 23 ay sonra qəsibkar qırmızı ordu tərəfindən işğalı ilə nəticələndi. 23 ay yaşamasına baxmayaraq Azərbaycan xalq cümhuriyyəti şərqdə ilk demokratik respublika olmaqla yanaşı dünyada ABŞ- dan sonra qadınlara seçki hüququ verən, ölkə daxilində təhsil, elm, mədəniyyət, incəsənət, ordu quruculuğu və digər başqa sahələrlə həmin dövürdə ölkəmizi ilklər sırasına daxil etməklə Azərbaycan tarixinə düşmüşdür.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti təkcə xalqımızın tarixində deyil, şərqdə ilk demokratik respublikadır. 100 il öncə mayın 28-də Azərbaycan xalqının çoxəsrlik zəngin tarixində əlamətdar bir hadisə baş verdi. Demokratik respublikanın yaranması elan edildi. Tariximizə hürriyyət dövrü kimi daxil olmuş Azərbaycan Xalq Cümhuriyyəti  şərqdə və müsəlman aləmində ilk xalq hakimiyyəti olmaqla, mövcud olduğu 23 ay ərzində millətin azad və  demokratik cəmiyyətdə yaşamasına çalışmış, bu istiqamətlərdə bir sıra mühüm işlər görmüşdür. Tarixən millətimizin yaratdığı dövlətlər  sırasında Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus yeri vardır. Çox təsüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı , 23 aydan sonra sovet imperiyası onun müstəqilliyinə son qoydu. Sovet illərində Azərbaycan formal olaraq müstəqil olsa da, əslində bu əsarətdən başqa bir şey deyildi.
Nəhayət, 70 illik fasilədən sonra Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdi. Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində yeni Azərbaycan dövləti yaradıldı. Əsrin sonunda öz müstəqilliyini bərpa edən  Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Ü.Hacıbəyovun və Ə.Cavadın yaratdıqları dövlət himnini, üçrəngli  bayrağını və gerbini yenidən  bərpa etdi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan  vətəndaşı üçün  olduqca əzizdir. Ulu öndər Heydər Əliyev bildirirdi: ”Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün respublika onun varisidir, bütün xalq  onun varisidir”. İndi ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi  Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın  tarixi keçmişinin  öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. “Azərbaycan Xalq  Cümhuriyyəti Ensiklopediyası”nın dövlət qayğısı ilə yüksək səviyyədə nəşri bunun parlaq təzahürüdür. Hər il 28  may - Respublika günü münasibətilə dünya dövlətləri Respublika Prezidentini və xalqımızı təbrik edir, həmçinin bu əlamətdar günlə  bağlı dövlətimizin  başçısı xalqımızı təbrik edir.
Mövzu ətrafında çıxış edənlər cümhuriyyətin Azərbaycan tarixində açdığı ilk səhifədən həmin cümhuriyyətin varisi olan müstəqil Azərbaycanımızın hal hazırda keçdiyi inkişaf yolundan danışmışlar.
Sonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş filmə tamaşa edildi.

Keçidlər