Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin rayonun Carlı kəndində əhali ilə səyyar qəbulu-görüşü keçirildi

02 mart 2013 | 16:00

2013-cü il 28 fevral tarixdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin rayonun Carlı kəndində əhali ilə səyyar qəbulu-görüşü keçirildi. Rayonunun Carlı kənd inzibati ərazi dairəsinə daxil olan Carlı və Quşlar kəndlərinin sakinləri ilə görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər
Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elmdar Kərimov əraziyə daxil olan kəndlərin əhalisi, onların məşğuliyyəti və sosial –iqtisadi inkişafla bağlı görülən işlər  barədə məlumat verdi, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında danışdı, bir sıra sosial yönümlü problemləri diqqətə çatdırdı.
Carlı bələdiyyəsinin sədri Aygün Mənsimova Carlı kəndində görülən işləri barədə məlumat verdi.
Kənd sakinlərindən Vidadi Hüseynov ,Eldar Kərimov, Güləbatın Qarayeva və başqaları çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonumuzda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərini bəyəndiklərini,əhalinin sosial rifahının xeyli yaxşılaşdığını bildirdilər.
Kənd sakinləri kənddə gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə Gənclər mərkəzinin,Poçt binasının, , tibb məntəqəsinin tikilməsini və istismar müddətini başa vurmuş elektrik naqillərinin və dirəklərinin dəyişdirilməsi barədə müraciət etdilər.
Daha sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə müraciət etdilər.
Görüşü yekunlaşdıran İcra başçısı İrşad Əliyev bildirdi ki,ölkəmiz sürətlə inkişaf edir, son illərdə Respublikamızda   3 minədək yeni məktəb, minlərlə səhiyyə, mədəniyyət və sosial obyektlər, 50-yə yaxın olimpiya idman kompleksi tikilib əhalinin istifadəsinə verilmişdir. Azərbaycanın iqtisadiyyatı gündən-günə  dirçəlir. Ölkədə möhkəm ictimai – siyasi sabitlik mövcuddur.Heç bir qüvvə bu sabitliyi poza bilməz. Bu gün Azərbaycan tolerant ölkədir. Müxtəlif millətlərin nümayəndələri bir ailənin üzvü kimi mehriban yaşayırlar. Onları vahid bir ideologiya – Azərbaycançılıq ideologiyası birləşdirir. Azərbaycan dövlətçiliyinin, milli-mənəvi dəyərlərimizin qorunub möhkəmləndirilməsi hər bir vətəndaşın borcudur.Yaradılan  mükəmməl qanunlar, həyata keçirilən dövlət siyasəti Azərbaycan vətəndaşlarının yaxşı yaşamasına xidmət edir.
İcra başçısı sonra Kürdəmirdə aparılan genişmiqyaslı tikinti, abadlıq və quruculuq işlərindən danışdı, cari ildə də yol, su-kanalizasiya infrastrukturunun, rayonumuzun qəsəbə və kəndlərimizdə təbii qaz çəkilişinin sürətləndiriləcəyini vurğuladı, yeni iş yerlərinin açılması istiqamətində mühüm tədbirlərin görüləcəyini bildirdi.
Rayon rəhbəri kürdəmirlilərin həmişə Ulu Öndərimizin ideyalarına daim sadiq olduqlarını, ölkə rəhbəri cənab İlham Əliyevin daxili və xarici siyasətini daim dəstəklədiklərini diqqətə çatdırdı. İnsanların maraqlarının həmişə diqqət mərkəzində saxlanıldığını, əhalinin hüquqlarının daim müdafiə olunacağını əminliklə söylədi.
Rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev yekunda rayonun Carlı kəndində qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Keçidlər