Kürdəmirdə Cəsurlar Hərbi-idman və turizm oyunları keçirildi
Kürdəmir rayonunun Mərkəzi stadionunda “Cəsurlar Hərbi-idman və turizm oyunları” keçirilmişdir. Yarışda 35 ümumtəhsil məktəblərinin komandaları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Əbülfət Mikayılov açıq elan etdi. Yarış iştirakçılarına Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı cənab İrşad Əliyevin salamlarını çatdırdı və onlara uğurlar arzulayaraq bildirdi ki, hər bir Azərbaycan gəncinin kamil və fiziki cəhətdən yetkin olmasının vacibliyini vurğuladı,torpaqlarımızın 20 %-nin düşmən işğalında olduğunu qeyd etdi.Gələcəkdə bugünki yetişən gənclərin qarşısında vacib və ciddi məsələlərin durduğunu diqqətə çatdırdı,bu cür tədbirlərə hər zaman önəm verilməsini və daim diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd etdi.Bu yarışın keçirilməsində əsas məqsədin çağrış yaşlı gənclərimizin fiziki cəhətdən hazırlıqlarının yoxlanılması və vətənpərvərlik ruhunun düzgün aşılanması olduğunu söylədi.
Yarışda Cöhranlı kənd tam orta məktəbin şagirdləri I yeri,şəhər 6 saylı orta məktəbin şagirdləri II yeri, şəhər 1 saylı orta məktəbin şagirdləri III yeri tutmuşlar.
Yekunda qalib komandalara mükafatlar və fəxri fərmanlar təqdim olunmuşdur.