Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş İdmanın Futbol növü üzrə rayon birinciliyinə yekun vurulub

07 may 2018 | 16:00

   Mayın 7-də  rayonun  mərkəzi  stadionunda  Ümummilli  Lider  Heydər  Əliyevin  anadan  olmasının   95  illiyinə   həsr   olunmuş   rayonun   ümumtəhsil  məktəblərinin   komandaları  arasında   idmanın  futbol  növü  üzrə rayon birinciliyinin final oyunu keçirilib.
Kürdəmir  rayon  Gənclər  və  İdman  idarəsinin  təşkilatçılığı  ilə  keçirilən  yarışda  rayonun  16  ümumtəhsil  məktəblərinin futbol komandaları iştirak ediblər.
Aprel ayının 25-dən start götürən birinçilikdə komandalar ¼ final, yarımfinal və final mərhələsində yarışıblar. Gərgin  idman  mübarizəsi ilə keçən yarışın oyunların  nəticələrinə  görə  final oyununa vəsiqə  qazanmış  Qarasaqqal  kənd tam orta və şəhər 5 saylı tam orta məktəblərinin  komandaları iştirak edirdilər.Oyun  şəhər 5 saylı tam orta məktəbinin komandasının qələbəs ilə başa çatıb.
Birinciliyin  mükafatlandırma mərasimində iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda  idmanın  kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu Öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".
Oyunların nəticələrinə görə I yerə şəhər 5 saylı tam orta məktəbin futbol komandası, II yerə Qarasaqqal kənd tam orta məktəbin futbol komandası və III yerə Yenikənd kənd tam orta məktəbin futbol komandası layiq görülüblər.
Yarışda fərqlənən idmançılar və qalib gələn komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom , kubok və hədiyələrlə mükafatlandırılıblar.

Keçidlər