Çöhranlı kəndində səyyar görüş-qəbul keçirilb
Mayın 3-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Çöhranlı kənd inzibati ərazi dairəsinə daxil olan Yeni Şıxımlı və Çöhranlı kənd sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq keçirildiyini bildirdi. O, ölkə başçısının bütün bölgələrə, o cümlədən Kürdəmirə göstərdiyi diqqət və qayğısıdan danışdı, rayonda həyata keçirilən layihələrdən söhbət açdı. Ölkə Prezidentinin Sərəncam və tapşırıqlarına əsasən Kürdəmir rayonunda Asan Xidmət Mərkəzinin, Xalça istehsalı emalatxanasının tikiləcəyini, 3 ədəd 80 şagird yerlik modul tipli məktəbin binasının quraşdırılacağını, bundan əlavə olaraq rayon ərazisində 5 aqropakın yaradıldığını bildirdi.
Kənd sakinləri təbii qaz, enerji və su təchizatı, sosial müdafiə, kənd təsərrüfatı, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər. Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Görüş-qəbul zamanı çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.