Topalhəsənli kəndində səyyar-qəbul görüş keçirilib
Aprelin 20-də rayonun Topalhəsənli kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun növbəti səyyar qəbul-görüşü keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, Topalhəsənli kənd inzibati ərazi dairəsinə daxil olan Topalhəsənli, Şahsevən və Qaraqocalı kənd sakinləri iştirak ediblər.
Görüş-qəbulu giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Prezident seçkilərində qazanılan qələbə münasibəti ilə cənab Prezidentimizi təbrik edib, bildirib ki, Azərbaycan xalqı davamlı inkişafa, sabitliyə, daha təhlükəsiz həyata, Azərbaycan torpaqlarının bütövləşməsinə, Qarabağ müharibəsində qazanılacaq Qələbəyə səs verib. Sevindirici haldır ki, bu səsvermədə Kürdəmir seçiciləri də əsil vətəndaşlıq mövqeyi, Vətənə sədaqət nümayiş etdiriblər.
Səyyar qəbulda iştirak edən kənd ağsaqqalı Bəhram Dünyamalıyev çıxış edərək kənd sakinləri adından 11 aprel Prezident seçkilərində qazanılan qələbə münasibəti ilə cənab İlham Əliyevi, eləcə də bütün xalqı təbrik edərək, ürək sözlərini bildirib.
Kənd sakinləri yol, təbii qaz, enerji və su təchizatı, sosial müdafiə, kənd təsərrüfatı, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər.
Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.