Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə ilin birinci rübünün yekunları müzakirə olunub

18 aprel 2018 | 16:00

Aprelin 18-də rayon icra hakimiyyətinin akt zalında “Kürdəmir rayonunun 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” Kürdəmir rayon İcra Hakimiyyətinin  Başçısı Ceyhun Cəfərovun hesabat  yığıncağı keçirilib.
Yığıncaqda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Aparatının işçiləri,  rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə,   müəssisə və  xidmət  təşkilatlarının  rəhbərləri,  icra nümayəndələri və bələdiyyə sədirləri,  rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İclasda geniş məruzə ilə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov  bildirib ki, 2018-ci il 11 aprel tarixdə Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində möhtərəm Prezidentimiz Cənab İlham Əliyev yüksək səs çoxluğu ilə yenidən Prezident seçilmişdir. Kürdəmirlilər 11 aprel tarixdə keçirilən Prezident seçkilərinə əsl bayram əhval-ruhiyyəsində çıxmış və 86,1 faiz  səslə Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarına səs vermişlər. Azad , ədalətli , şəffaf keçirilən seçkilərdə bütün Azərbaycan xalqı kimi  kürdəmirlilər də bu günki xoş güzaranı onlara bəxş edən insana, hər bir azərbaycanlının Prezidentinə, iqtisadi inkişafa, sabitliyə, xoşbəxt gələcəyə, sülhün və əminəmanlıqın qarantına, İlhamlı sabahlara səs verdilər. İcazə verin Sizin adınızdan bu böyük qələbə münasibəti ilə Hörmətli Prezidentimizi təbrik edim, ona cansağlığı, tarixi missiyasının yerinə yetirməsində  uğurlar arzulayım. Rayon rəhbəri diqqəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 9 aprel tarixli iclasına çəkərək Möhtərəm Cənab Prezidentimiz müşavirədə 3 ayda ölkəmizin uğurla inkişaf etdiyini, qarşıda duran bütün vəzifələrin artıqlaması ilə yerinə yetirildiyini, ölkəmizin gücləndiyini, hərtərəfli inkişaf etdiyini, bu müsbət dinamikanın ilin sonuna qədər saxlanılacağını və artırılacağını qeyd etdi. Cənab Prezident qeyd etmişdir ki, birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz, qeyri-neft sektoru 3 faiz, sənaye istehsalı 2 faiz, qeyri neft sənayesi 10 faiz, kənd təsərrüfatı 4,2 faiz atmış, ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulmuş və bu sərmayənin böyük hissəsi xarici sərmayədir.Valyuta ehtiyatlarımız birinci rüb ərzində 2,2 milyard dollar artaraq 44,2 milyard dollara çatmış, xarici ticarət dövriyyəmiz 31 faiz, ixrac 37 faiz, ümumi ixrac 24 faiz, qeyri neft ixracımız isə 37 faiz artmışdır.Birinci rübdə 34 min yeni iş yerləri yaradılmış, onlardan 31 mini daimi iş yerləridir. Bütün sahələrdə qazanılmış uğurlar bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə yeni və sürətli inkişaf mərhələsini yaşayır, dünya miqyasında daha da güclənir və zəngin dövlətə çevrilir.
Hesabat dövründə Kürdəmir rayonunda görülən işlərdən danışan Ceyhun Cəfərov bildirib ki, 2018-ci ilin 3 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 5,5 faiz artaraq 70 958,6 manat təşkil etmişdir.Ümumi məhsul buraxılışının 51,8 faizi istehsal sahələrində, 48,2 faizi xidmət sahələrində  olmuşdur. Rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2018-ci ilin birinci rübündə 239 nəfər işlə təmin olunmuşdur ki, bundan 229 nəfəri daimi işlə təmin olunanlardır. Cənab Prezidentimizin tapşırığına, eyni zamanda rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2018-ci ilin 3 ayında 325 nəfər müvəqqəti işlə təmin olunmuşdur. Cənab Prezidentin diqqət yetirdiyi sahələrdən biri olan özünüməşğulluq proqramı ilə əlaqədar əhalinin özünüməşğulluq proqramına cəlb olunması məqsədi ilə təlim kurslarına başlanılmışdır. Təlim kurslarında öz biznes ideyaları əsasında biznes plan hazırlayıb uğurla müdafiə edən təlim iştirakçılarından 90 nəfərinin kənd təsərrüfatı və xidmət sahələri üzrə aktivlərlə təmin olunması planlaşdırılır.Rayonda sahibkarlığın inkişafına diqqət xeyli artırılmış, əhalinin pay torpaqlarından istifadəsinin səmərəliliyi yüksəldilmişdir. Bütün bunlar əhalinin işlə təmin olunmasına, həyat səviyyəsinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına şərait yaratmışdır.Hesabat dövründə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonumuzda aqrar sektorun inkişafına  diqqət daha da artırılmışdır. Rayonda taxıl istehsalının artırılması üçün tədbirlər davam etdirilmişdir. Bu ilin məhsulu üçün ötən ilin payızında 16072 hektarda buğda, 28642 hektarda arpa olmaqla cəmi 45039 hektar sahədə dənlik taxıl əkilmişdir. Taxıl əkinləri 1,4 dəfə suvarılmış, 19000 hektarda ziyanvericilərə qarşı kimyəvi mübarizə aparılmış, 38000 hektaradək sahəyə üzvü və mineral gübrələr verilmişdir. Toxumluq taxıl sahələrinə fərdi qaydada qulluq təşkil olunmuşdur.Hazırda taxıl sahələrinə qulluq edilməsi ilə yanaşı, taxıl biçininə hazırlıq işləri də görülür. Biçinə 41 kombayn hazırlanır və onların təmiri işləri aparılır. Rayonda taxıl biçinini vaxtında başa çatdırmaq məqsədi ilə kənardan əlavə 130-dan çox kombayn cəlb edilməsi ilə bağlı iş aparılır, müqavilələr bağlanılır. Rayonda artıq yazlıq əkinlərinə başlanmış, hazırki vaxta 1300 hektardan çox sahədə yonca səpilmiş, 810 hektardan çox sahədə kartof əkini aparılmış, 1500 hektardan çox tərəvəz toxumu səpilmiş, 1050 hektarda bostan, 60 hektar sahədə şəkər çuğunduru, 92 hektarda günəbaxan əkilmişdir. Yazlıq əkinlərin aparılması mütəşəkkil davam etdirilir.Ölkə rəhbərinin tapşırığına əsasən rayonda pambıqçılığın inkişafı sahəsində məqsədyönlü işlər görülmüş, 2017-ci ildə əkilmiş 4027 ha sahədən 5001 tondan çox pambıq yığılaraq tədarük olunmuşdur. 2018-ci ildə 5030  hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur. Bunun üçün pambıq əkəcək fiziki və hüquqi şəxslər müəyyənləşdirilmiş, pambıq əkini üçün əlverişli sahələr seçilmiş, pambıqçılarla tədarükçülər arasında müqavilələrin bağlanması təşkil olunmuşdur. Pambıq əkiləcək sahələrdə dondurma şumu əsasən  vaxtında qaldırılmış, arat işləri aparılmışdır.Pambıq əkiləcək sahələri suvarma suyu ilə təmin edəcək kanallar və arxlar lildən təmizlənmiş, lazımi hidrotexniki qurğular qurulmuş, suvarma şəbəkələri hazır vəziyyətə gətirilmişdir.Rayonda artıq çiyid səpininə başlanılmış, səpin ilə əlaqədar 39 ədəddən çox səpin aqreqatı sahələrə çıxarılmış, sahələrdə səpin işləri mütəşəkkil davam etdirilir. Rayonda əkinçilik üçün əlverişli olan 14600 hektar otlaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə qatılmışdır. Bu torpaqlarda artıq 5 aqropark yaradılmış, aqroparklar tərəfindən bu sahələrin meliorasiya olunması, müasir suvarma sistemləri qurulması, torpağın yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin görülməsi sahəsində işlər aparılır.  Bu il artıq bu torpaqların 2800 hektarında taxıl əkilmiş, 2040 hektarında pambıq, 1200 hektarında qarğıdalı, günəbaxan və sairə yazlıq əkinlərin aparılması nəzərdə tutulur. Rayonda 2017-ci ildə 11512 kq barama istehsal edilmiş, bu işlə 650 nəfər olmaqla 159 ailə məşğul olmuşdur. 2018-ci ildə 20 tondan çox barama istehsalı nəzərdə tutulmuşdur. Barama istehsalı ilə məşğul olacaq kümçülər müəyyən edilmiş, kümçülərin siyahıları tərtib edilmiş, kümxanalar hazırlıq vəziyyətinə gətirilmişdir.Tərəvəzin örtülü qruntlarda yetişdirilməsi genişləndirilmiş, 6 hektarda müasir istixana qurulmuş, əlavə 7 hektarda xırda istixanalarda tərəvəz yetişdirilir.Torpaqların su təminatının yaxşılaşdırılması sahəsində işlər görülür. Bu ilin birinci rübündə aidiyyatı təşkilatlar tərəfindən 235 km kanal və 62 km dren şəbəkəsi lildən təmizlənmiş, 73 hidrotexniki qurğu, 6 nasos kompleksi, 1,4 km beton kanal əsaslı təmir olunmuşdur. Rayonun Şilyan massivində  təyinatı əkinçilik məqsədi ilə dəyişdirilmiş 6150 hektar sahənin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Ərəbxana-Şilyan kanalının su keçirmə qabiliyyətinin artırılması tədbirləri ilə əlaqədar 11 km-lik “Şilyan” kanalında genişləndirmə işləri başa çatdırılmış,  Kür çayı sahilində inşa edilmiş nasos stansiyasında 2 ədəd  elektik su nasosu quraşdırılmış, onlardan 1 ədədinin işə buraxılması üçün xətt və elektrik nasosu tam hazır vəziyyətə gətirilmişdir. 14 km-lik “Muradxan” kanalında torpaq əsasın tikintisi başa çatdırılmış, betonlanması işi davam etdirilir.Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən rayonun Axtaçı-Qarabucaq, Qoçulu, Garıs-Əyribənd və Bağman kəndlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə cari ilin birinci rübündə modul tipli su təmizləyici qurğuların quraşdırılması işi başa çatdırılmışdır. Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı 66,3 min  başı, qoyun keçilərin sayı 134,5 min başı ötmüş, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin I rübündə 2076 tondan çox ət, 10666 ton süd, 7 milyon ədəd yumurta istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə ət itehsalı 0,5 faiz, süd istehsalı 16,6 faiz və yumurta istehsalı isə 84,4 faiz artmışdır. Dövlət Proqramına uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən 2018-ci ilin 3 ayında qaz təchizatı sahəsində bir sıra işlər yerinə yetirilmişdir. Hesabat dövrü ərzində rayon ərazisində müxtəlif diametrli 931 p/m-ə qədər qaz xətləri təmir edilmiş və yaxud yenisi ilə əvəz edilmiş, 176 ədəd qaz tənzimləyicilərinə hər ay texniki xidmət göstərilmişdir.Rayonun Mollakəd kəndində təbii qazın verilməsi ilə əlaqədar son tamamlama işləri aparılır, yaxın günlərdə kəndə qazın verilməsi planlaşdırılır. Muradxan kəndində isə abonentlərin sayğaclarının qoyulması işləri yekunlaşmaq üzrədir.  Qarasu kəndində işlərin 40 faizindən çoxu həyata keçirilmiş, hal-hazırda tikinti işləri davam etdirilir. Rayonun elektrik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə 2018-ci ilin birinci rübündə 35/10 kv-luq Pirili yarımstansiyasında yağ açarları cari təmir olunmuş, Sor-Sor kəndində yenidənqurma işləri ilə əlaqədar hazırda bütün elektrik sayğacları yeni müasir elektron tipli sayğaclarla əvəz olunur. Rayonda birinci rübdə 250 ədəd 10 kv-luq və 0,4 kv-luq dəmir dayaqlar əkilmiş, Atakişili, Pirili, Axtaçı-Qarabucaq, Şilyan, Şüşün və Sor-Sor kəndlərində 8147 metr açıq naqillər SİP kabellə əvəz olunmuş, 334 abonentin sayğacları müasir tipli elektron sayğaclarla əvəz olunmuşdur. Dövlət proqlamına uyğun olaraq  2018-ci ilin birinci rübündə Kürdəmir şəhər əhalisinə içməli su və çirkab suların axıdılması üzrə xidmətlərin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. 2018-ci ilin birinci rübündə şəhərə gələn mərkəzi su xətlərində müxtəlif siyirtmələr yenisi ilə əvəz edilmiş, küçə xətlərində su sızmalarının qarşısı alınmış, xətt boyunca təmir işləri həyata keçirilmişdir. 2018-ci ilin birinci rübündə şəhərin H.Əliyev və Bakı prospektləri, H.Aslanov, M.Ə.Sabir, İ.Məmmədov, Koroğlu, Nizami küçələrindəki, Aran qəsəbəsindəki və Hərbi şəhərciyin ərazisində mərkəzi kanalizasiya xətti təmir edilmiş, xəttin tutulmasının qarşısını almaq məqsədi ilə metal barmaqlıqlar qoyulmuş, çırkab suların rayon ərazisndən çıxarılması məqsədi ilə  yeni xətlər çəkilmiş, nasos stansiya tam saz vəziyyətə gətirilmişdir. 2018-cı birinci rübündə 24353 nəfər əhaliyə su və kanalizasiya xidməti göstərilmiş, 147079 manat su pulu yığılmışdır. 2018-ci ilin 3 ayı ərzində rayon Kommunal Müəssisələri Kombinatı və Mənzil İstismar Sahəsi şəhərimizin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanılmasında səylə çalışmış,  ərazilərdə olan məişət tullantılarının mütəmadi götürülməsi təmin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli Sərəncamına əsasən  Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına rayonun Çərtəyəz kəndində 56 şagird yerlik ibtidai modul tipli məktəbin quraşdırılması işi başa çatdırılmış, lazımi avadanlıqlarla təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 mart tarixli Sərəncamına əsasən Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına rayonun Bağman kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin, Öyləqulu və Təklə kəndlərində isə hər biri 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması nəzərdə tutulmuş, hazırda həmin məktəblərin tikintisinə torpaqayırma və icazə sənədləri hazırlanır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan  Respublikasının  2018-ci ilin Dövlət büdcəsindən Kürdəmir rayon İcra  Hakimiyyətinə  şəhərin 8 çöxmənzilli ictimai yaşayış binalarının təmiri işlərinə ayrılmış vəsait hesabına hazırda şəhərin İ.Məmmədov küçəsində yerləşən 40, 61 və 65 saylı çöxmənzilli ictimai yaşayış binalarında 880 m2 dam örtüyü dəyişdirilmiş, 960 m2 sahədə divarlar suvanmışdır. Azərbaycan Respublikası Prezidentinin  2018-ci il  24 mart tarixli Sərəncamı ilə Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin və 2018-ci il 30 mart tarixli sərəncamı ilə isə “Xalça istehsalı emalatxanası”nın tikintisi planlaşdırılmış, torpaqayırma sənədləri hazırlanaraq təsdiq edilmiş, hər iki layihə üzrə tikinti işlərinə başlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin yerli əhəmiyyətli kənd yollarının əsaslı təmiri və yenidən qurulmasına dair sərəncamı ilə əlaqədar rayonun 37,2 km-lik Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun tikintisinə başlanılmış, cari ilin  birinci  rübündə 21 saylı Yol İstismarı MMC tərəfindən Azərbaycan Avtomobil  Yolları  Dövlət  Agentliyinin  xətti  ilə həmin avtomobil yolunun 30 km hissəsi buldozerlə xışlanmış, çökmüş yerlərə çınqıl tökülərək avtoqreyderlə hamarlanmış və kipləşdirmə işləri aparılmışdır. Hazırda  yerli  əhəmiyyətli Karrar-Bağman-Böyük Kəngərli, Pirili-Muradxan-Sor-Sor və Şıxımlı kənd avtomobil yollarında əsaslı təmir işləri davam etdirilir. Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq  tədbirlərin  həyata  keçirilməsi diqqət mərkəzində olmuşdur.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin  tapşırığına  əsasən 2018-ci ilin fevral ayının 10-dan rayonda əhalinin tibbi  müayinədən  keçirilməsinə  başlanılmışdır. Əhalinin tibbi müayinəsi Kürdəmir rayon Mərkəzi Xəstəxanasında, Poliklinika şöbəsində, 2 kənd sahə xəstəxanasında və 6 həkim məntəqəsində aparılır. Kənd əhalisinin tibbi müayinədən keçirilməsi üçün 8 həkim briqadası yaradılmışdır.Bu günə kimi rayon üzrə 68815 nəfər tibbi müayinədən keçirilmişdir. Onlardan 6351 nəfəri ambulator, 227 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 119 nəfəri Bakı şəhərinə göndərilmiş, 6 nəfəri üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Rayon fəallarının və təbliğat qruplarının yaxından iştirakı ilə möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği ilə bağlı məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirilmiş, Cənab Prezidentin xarici və daxili siyasətini, bölgələrə etdiyi səfərləri, sərəncam və fərmanları haqqında geniş təbliğat işləri aparmışlar.Rayonda fəaliyyət göstərən ictimai təşkilatlar və dini  qurumlarla  işin təşkili daim nəzarətdə saxlanılmış, “Dini etiqad azadlığı haqqında” qanunun tələblərinin pozulmaması məqsədi ilə müvafiq tədbirlər görülmüşdür. Dövlət Başçısı Cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə mart ayında 40 şagirdimiz Gəncə-Göygöl-Şəmkir istiqamətində “Ölkəmizi tanıyaq” tur aksiyasında iştiak etmiş, ölkəmizin görməli yerləri ilə tanış olmuşlar.Hesabat dövründə gənclərimizin Milli Ordu sıralarına hərbi xidmətə göndərilməsi bayram əhval ruhiyyəsində təşkil olunmuş, yeniyetmə və gənclərdə vətənpərvərlik hissələrinin artırılması məqsədi ilə “Açıq qapı” günlərində hərbi hissələrə səfərlər edilmişdir.2018-ci ilin “Cümhuriyyət” ili elan edilməsi ilə əlaqədar olaraq məktəblərdə aidiyyatı təşkilatlarla birgə müxtəlif mövzularda tədbirlər keçirilmişdir."Umumrespublika Yaşıllaşdırma" marafonu çərçivəsində həyata keçirilmiş ağacəkmə kompaniyası zamanı rayonumuzda 2018-ci ilin birinci rübündə 12 min müxtəlif ağac və gül kolları əkilmişdir.  
Məruzə ətrafında çıxış edən rayon Su-kanal idarəsinin rəisi Arzu Şahbazov, rayon Elektrik şəbəkəsinin rəisi Fərid Daşdəmirli, Rayon İcra Hakimiyyəti Başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Salmanov 2018-ci ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən ətraflı danışmışlar.
Sonda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov hesabatı yekunlaşdıraraq qarşıda duran mühüm vəzifələri diqqətə çatdırdı, 2018-ci ili uğurla başa vurmaq üçün konkret tapşırıqlarını verdi.

 

Keçidlər