Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirin 27 yaşayış məntəqəsində kütləvi tibbi müayinə başa çatıb

14 aprel 2018 | 16:00

Kürdəmir rayonunda ölkəmizdə həyata keçirilən əhalinin kütləvi tibbi müayinəsi davam edir və artıq bu humanist aksiya 27 yaşayış məntəqəsində başa çatıb.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək 65 min 953 nəfər tibbi müayinədən keçib. Onlardan 6077 nəfər ambulator, 219 nəfər stasionar müalicəyə cəlb olunub. 6 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb, 115 nəfər isə Bakı şəhərinə, ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

Qeyd edək ki, ahıl və müəyyən səbəblərə görə xəstəxana və tibb müəssisələrinə gələ bilməyən insanların tibbi müayinəsi xüsusi həkim briqadası tərəfindən evlərində aparılır.

 

Keçidlər