Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirlilər Xocalı faciəsinin qurbanlarını yad etdilər

27 fevral 2013 | 16:00

2013-cü il fevralın 26-da Kürdəmir rayonunda Xocalı   soyqırımının  21-ci il dönümü ilə əlaqədar keçirilən sil-silə tədbirlər çərçivəsində rayonun Mədəniyyət evində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ümumrayon tədbiri keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev,ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri və rayonda məskunlaşmış Xocalılar,Qarabağ müharibəsi əlilləri və veteranları iştirak edirdilər.
Tədbirdən öncə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev rayonda müvəqqəti məskunlaşmış Xocalı sakinlərini qəbul etmiş, onların qayğı və problemləri ilə maraqlanmış və onlara maddi yardımlar edilmişdir.
Tədbir iştirakçıları rayon Mədəniyyət evinin foyesində təşkil olunmuş  “ Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda rəsmlərə, əl işlərinə və kitablardan ibarət sərgiyə baxmışlar.
Tədbirin açlışında Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi və faciə haqqında video-çarx izlənildi.
Daha sonra 3 saylı tam orta məktəbin şagirdlərinin ifasında Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr edilmiş ədəbi-bədi kompazisiya nümayiş etdirildi.
Tədbirin sonunda Xocalı sakini Elman Şahverdiyev çıxış edərək tədbirin hazırlanmasında  əməyi keçən hər bir şəxsə,məktəblilərə və onlara hər zaman qayğı ilə yanaşan kürdəmirlilərə öz minətdarlıqlarını bildirdilər.
Yekunda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev  geniş nitq söylədi.
Rayon rəhbəri çıxışında bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur.1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur.Bəşəriyyət tarixində çox faciələr törədilmiş, insan ləyaqətinə şərəf gətirməyən hadisələr baş vermişdir. Xocalı soyqırımı öz dəhşətlərinə görə belə kütləvi qırğınlardan heç də fərqlənmir. 21 il öncə Xocalıda baş verən hadisələr bəşəriyyət tarixində insanlığa qarşı yönələn ən dəhşətli cinayət və soyqırım olmuşdur.

Keçidlər