Kürdəmirin çağrışçı gəncləri hərbi xidmətə yollanmışlar
Aprelin 12-də rayonun Heydər Əliyev Parkında Kürdəmirin çağrışçı gənclərinin təntənəli surətdə hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, ağsaqqallar və gənclər, valideynlər çağrışçı gəncləri hərbi xidmətə yola salmağa gəlmişdilər. Şən və oynaq musiqi sədaları ətrafa yayılmışdı.
Mərasimin açılışı zamanı Azərbaycanın Dövlət himni əzəmətlə səslənmişdir.
Tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi, polkovnik Həbib Əliyev açaraq Azərbaycan ordusunun keçdiyi tarixi yol haqqında geniş məruzə etmişdir.
Valideynlər adından çıxış edən Qorxmaz Mahmudov, Ağsaqqallar Şurasının sədri Ayyət Nəsirov, Qarabağ müharibəsi veteranı Zahid Səlimov və başqaları çıxış edərək əsgəri xidmətə yola düşən çagrışçılara xeyir -dualarını vermiş, onlara öz məsləhət və tövsiyyələrini bildirmişlər.
Mərasimdə çağrışçılar adından Şahsuvar Əliyev çıxış edərək , ana vətəni laiqincə qoruyacaqlarını, nümunəvi əsgər olacaqlarını , doğma yurdun, el-obanın valideynlərinin onlara olan inamını daim yüksək səviyyədə doğruldacaqlarını böyük inam hissi ilə ifadə etmişdir.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, bu gün biz bura vətənimiz üçün çox əhəmiyyətli və şərəfli məqsəd olan çağrışçıların hərbi xidmətə yola salma mərasiminə toplaşmışıq. Bu gündən etibarən siz çağrışçılar ordu sıralarına daxil olub əsgər adını daşıyacaqsınız. Bu adı daşımaq və öz doğma vətəninə xidmət etmək hər bir Azərbaycan oğlunun müqəddəs və şərəfli borcudur.Bu əlamətdar gün sizin həyatınızda uzun müddət xatırlanacaqdır. Bu gün sizin taleyinizdə mühüm bir mərhələnin bünövrəsi qoyulur – siz ordu sıralarına yollanmaqla Vətənimizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə dəyərli töhfələr verirsiniz. Sizə bu şərəfli işinizdə uğurlar arzulayıram. Arzu edirəm ki, sağ gedib salamat qayıdasız .Siz əsgərlərlə yanaşı biz hamımız Cənab Ali Baş Komandanımız İlham Əlliyevin ətrafında sıx birləşərək dövlət müstəqilliyimizi qorumalı, möhkəmləndirilməli və dönməz etməliyik. Elə etməliyik ki, Azərbaycan həmişə inkişaf etsin, qüdrətlənsin. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın hərbi ənənələrinin qorunmasına önəm verərək hakimiyyətinin bütün dövrlərində gənclərimizin hərb işinə marağının gücləndirilməsinə ciddi diqqət yetirmişdir. O, qeyd edirdi ki, hərbi vəzifə daşımaq gənclərimizin ən müqqəddəs vəzifələrindən biri olmalıdır. Silahlı Qüvvələrin hər bir hərbi qulluqçusu “ Vətənə , xalqa , dövlətə xidmət bizim ömrümüzün mənasıdır” – devizini dərk etməli , bu amalla yaşamalı və vicdanla xidmət etməlidir. Rayonumuzun övladları da 2016-cı ilin Aprel döyüşlərində öz rəşadətlərini göstərdilər. İki şəhidimiz oldu: İsmayılov Əbubəkr Vüqar oğlu və Qurbanov Tural Gülşad oğlu... Əbubəkr və Tural başda olmaqla qoy şəhidlərimizin ruhu şad olsun. Artıq onların düşmən tapdağından azad etdiyi torpaqlarda güllər bitir , cənnətməkan salınır. Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndində Ölkə Prezidentinin tapşırığına əsasən genişmiqyaslı işlər görülüb. Qısa müddət ərzində Cocuqmərcanlıda gözəl bir qəsəbə salındı, geniş asvalt yolları, yaşayiş binaları, və digər sosial obyektləri olan bu qəsəbə düşmənə çox böyük psixoloji zərbə oldu. Artiq ermənilər də çox gözəl başa düşürlər ki, Qarabağ torpaqları onların deyil, bu gün Cocuqmərcanlıda görülən işlər bir gün Şuşada, Xankəndində görüləcək!
Sonra çağrışçılar məşhur “Azərbaycan “mahnısının sədaları altında Azərbaycan bayrağını öpərək , onun altından keçib hərbi xidmətə yola düşmüşlər.
Tədbir rayon incəsənət ustalarının verdiyi maraqlı konsertlə başa çatmışdır.