Kürdəmirdə pambıqçılığın inkişafına dair müşavirə keçirilib
Aprelin 6-da rayon icra hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin martın 26-da Bərdə rayonunda “Pambıqçılığın inkişafı məsələləri”nə dair keçirilmiş respublika müşavirəsində verdiyi tapşırıqların icrası ilə bağlı “Pambıq səpininə hazırlıq və səpinin səmərəli təşkili” mövzusunda müşavirə keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, nazirliyin tabeliyində olan, həmçinin digər aidiyyəti qurumların nümayəndələri və fermerlər iştirak ediblər.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, Möhtərəm Prezidentimiz İlham Əliyev martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişafına həsr etdiyi Respublika Müşavirəsində pambıqçılığın ölkə iqtisadiyyatının inkişafında və insanların sosial həyatında mühüm rolu olduğunu qeyd etmiş, bu sahənin inkişafı ilə əlaqədar aidiyyatı qurumlara tapşığını vermiş, onların qarşısında mühüm vəzifələr qoymuşdur. Möhtərəm Prezidentin tapşırıqlarına uyğun olaraq Kürdəmir rayonunda da pambıqçılığın inkişafı sahəsində son illər müəyyən işlər görülmüş, pambığın əkin sahəsi və istehsalı ilbəil artırılmışdır.Belə ki, rayonda 2015-ci ildə cəmi 22 hektarda pambıq əkildiyi halda, 2016-cı ildə 1911 hektarda, 2017-ci ildə 4027 hektarda pambıq əkilmiş, pambıq istehsalının həcmi 5 min tona çatdırılmışdır ki, bu da 2016-cı ilə nisbətən 2900 ton çoxdur.Pambığın becərilməsində və yığımında texnikanın tətbiqinə daha geniş yer verilmiş, 2017-ci ildə məhsulun 773 tonu maşınlarla yığılmışdır.Pambığın əkin sahələri bu il də xeyli artırılmış, 5030 hektarda pambıq əkilməsi nəzərdə tutulmudur.Bunun üçün su təminatı olan münbit sahələr seçilmiş, 275 istehsalçı pambıq əkini ilə əlaqədar emal müəssisələri ilə müqavilələr bağlamışlar. İstehsalçılardan 89-u 1002,4 hektar sahədə pambıq əkilməsi üçün “MKT İK” MMC ilə, 107 istehsalçı 2800 hektar sahədə pambıq əkini üçün “Kənd Təsərrüfatı” MMC ilə müqavilə bağlamış, 79 istehsalçı 1278 hektar sahədə fərdi qaydada pambıq əkilməsi üçün hazırlıq işləri görmüşdür.İstehsalçılardan 80 nəfəri 5 hektaradək, 56 nəfəri 5 hektardan 10 hektaradək, 79 nəfəri 10 hektardan 20 hektaradək, 49-u 20 hektardan 50 hektaradək, 10-u 50 hektardan 100 hektaradək, hüquqi şəxslər Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi 135 hektar, “Vüqar Aqro” MMC 350 hektar, “SM Aqro” MMC isə 1500 hektar sahədə pambıq əkini üçün hazırlıq işləri aparmışlar.Pambıq əkiləcək 5030 hektar sahənin şumu optimal müddətdə çıxarılmış, hazırki vaxta bunun 4600 hektarında arat aparılmışdır.Bu il pambıq əkinlərinin 325 hektarı pay torpaqlarında, 1086 hektarı bələdiyyə torpaqlarında, 3619 hektarı Dövlət Ehtiyat Fondu torpaqlarında əkiləcəkdir.Səpinə hazırlıq işləri əsasən görülmüş, 60 ədəd mala traktoru, 40 ədəd səpin aqreqatı hazır vəziyyətə gətirilmişdir.Tələb olunan 110 ton çiyidə sifariş verilmiş və çiyidin gətirilməsinə başlanılmışdır.Bu il hava şəraiti pambıqçılıq üçün hələ ki, əlverişli keçir. Artıq pambıq əkininin optimal müddəti yetişmişdir. Torpaqda optimal temperatur yarandığı halda kütləvi səpinə başlanmalıdır.Səpini 15 iş günü müddətində başa çatdırılması üçün bütün imkanlar vardır və bu imkanlardan maksimum səmərəli istifadə olunmalıdır.Pambıqçılığın inkişafına mane olan, pambıqçıları narazı salan hallar da mövcuddur.Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaradılmış “Kürdəmir kənd təsərrüfatı” MMC rayonda pambıq istehsalçılarına pambığın əkilib becərilməsinə ayırdığı vəsaiti 7,5 %-li kreditlə verir. Bunu onunla əsaslandırır ki, həmin vəsaiti o Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihəsinin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin ayırdığı vəsait hesabına müvəkkil banklardan və bank olmayan kredit təşkilatlarından həmin faizli kreditlə götürmüşdür. Bu da pambıq istehsalçılarında haqlı narazılıq yaradır. “Kürdəmir kənd təsərrüfatı” MMC ilə pambıq istehsalçıları arasında bağlanmış müqaviləyə əlavə edilmiş işin görülməsinə dair smeta xərcləri barədə cədvəl təhlil edilərkən müəyyən olunur ki, 1 hektar pambığın becərilməsinə (şum qaldırılması, arat, mala çəkilməsi, becərmə, kultivasiya, dərmanlama və pambığın yığılması və s) çəkilən xərci ödəmək üçün istahsalçı tərəfindən təxminən 18-20 sentiner məhsul verdiyi halda borclar ödənilə birlər. Bu səbəbdən rayonda pambıq istehsalçılarının çoxu “Kürdəmir kənd təsərrüfatı” MMC-yə borclu qalmışdır. Buna görə də “Aqrolizinq” ASC tərəfindən pambıq istehsalçılarna göstərilən xidmətlərdə güzəştlər tətbiq olunması məsələsinə baxılmalıdır.Eyni zamanda pambıq istehsalı ilə məşğul olan fermerlər pambığın becərilməsində, məhsuldarlığın artırılmasında xüsusi əhəmiyyət daşıyan dərman vasitələrinin (pestisidlərin) keyfiyyətsiz olmasından, qiymətlərinin bahalığından narazılıq edirlər. Həmçinin fermerlər pambıq toxumunun (ciyidin) qiymətinin baha olmasından narazılıq edərək toxumun qiymətinin azaldılmasına, ucuz qiymətə onlara toxum satılmasına köməklik göstərilməsini xahiş edirlər.Pambıqçılığa göstərilən dövlət qayğısı və pambıqçılarımızın gördüyü işlər əminlik yaradır ki, bütün zəruri aqrotexniki tədbirlər vaxtında yerinə yetirilməklə bu il rayonda pambığın məhsuldarlığının orta hesabla 18-20 sentnerə çatdırılmasına nail olunacaqdır.
Müşavirədə "Azərbaycanda pambıqçılığın inkişafı-hədəflər və prespektivlər mövzusunda Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, "Pestisidlərlə təminatın vəziyyəti" mövzusunda Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev ,"Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi" mövzusunda KTN Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov,"Texnika və gübrə ilə təminatın vəziyyəti" mövzusunda Aqrolizinq ASC-nin sədri Elşən Məmmədov, "Pambıq toxumu ilə təminatın vəziyyəti" Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov və başqaları çıxış edərək bu ilin 26 mart tarixində Bərdə rayonunda keçirilən respublika müşavirəsində ölkə prezidenti Cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələr və görüləcək işlərin icrası barədə danışdılar.
Müşavirə müzakirələr və qarşılıqlı fikir mübadiləsi ilə başa çatdı.