Kürdəmir rayonunda Aprel döyüşlərinin ildönümü qeyd edilib
Aprelin 3-də Kürdəmir rayonunda 2016-cı ilin aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə “Zəfər tariximizin Aprel səhifəsi” adlı tədbir keçirilib.
Tədbir Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Baş-leytenant Əbubəkr İsmayılovun xatirə lövhəsinə gül qoyuluşu ilə başlandı. Sonra tədbir şəhər 1 saylı tam orta məktəbin akt zalında davam etdirildi. Tədbirdə şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin ifasında kopazisiya nümayiş olundu.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Aprel qələbələrinin Azərbaycan xalqının mübarizliyinin, ordunun gücünün-qüdrətinin təntənəsi olduğunu qeyd etdi. O bildirdi ki, bu qələbələr xalqın Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərimizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu bir daha sübut etdi. Vəsilə Əsgərli bütün ölkədə olduğu kimi, Kürdəmirdə də şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırdı.
Çıxış edənlər Aprel döyüşlərində qazanılan qələbələrdən ruhlandıqlarını, bu döyüşlərdə həlak olmuş əsgərlərin qəhrəmanlığı ilə fəxr edib qürur hissi keçirdiklərini və Vətən torpaqlarının işğaldan azad olunması naminə vuruşmaq üçün Cənab Prezident İlham Əliyevin əmrinə hər an hazır olduqlarını bildirdilər.
Daha sonra rayon ictimaiyyətinin nümayəndələri Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş gizir Tural Qurbanovun Sığırlı kəndində yerləşən məzarını ziyarət etdilər. Tədbir şəhidin evində davam etdirildi. Sığırlı kənd tam orta məktəbinin şagirdlərinin ifasında kompozisiya təqdim edildi.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Ağali Kərimli çıxış edərək bildirdi ki, 2016-cı ilin Aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük bir sınaq günləri oldu. Həmin günlər Milli Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə gədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Qeyd etdi ki, Aprel döyüşlərində əldə etdiyimiz qələbəmizdə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmazdır. Aprel döyüşlərində qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyə sərgiləməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir.
Sonda çıxış edənlər bildirdilər ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbiçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. Tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaqdır.