Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə qanvermə aksiyası keçirilib

27 mart 2018 | 16:00

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara, eləcə də digər xəstələrə yadım məqsədilə martın 27-də qanvermə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının əməkdaşları könüllü olaraq müraciət edən 500 nəfərədək sakini əvvəlcə tibbi müayinədən keçiriblər. Sonra 100 nəfərədək vətəndaşdan qan götürülərək Mərkəzi Qan Bankına təhvil verilib.

Humanist aksiyada sakinlər, o cümlədən rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, gənclər fəal iştirak ediblər.

Keçidlər