Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirin Karrar kənd xəstəxanasında aparılan kütləvi tibbi müayinələrdən 2617 nəfər yararlanacaq

06 mart 2018 | 16:00

Kürdəmir, 3 mart, AZƏRTAC

Kürdəmir rayonunun Karrar kənd xəstəxanası 15 min nəfər əhalisi olan 10 yaşayış məntəqəsinə xidmət edir və burada sakinlərin kütləvi tibbi müayinəsi müvəffəqiyyətlə aparılır.

Kənd xəstəxanasının baş həkimi Məsum Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə həyata keçirilən bu humanist aksiyanın tibb məntəqəsinin əhatə etdiyi xidməti ərazidə də uğurla başa çatdırılması üçün bütün zəruri tədbirlər görülüb. Sakinlərin hərtərəfli tibbi müayinəsi tərtib olunan qrafik əsasında aparılır. Hazırda müayinələr Karrar və Ərşəli kəndlərində davam etdirilir. İndiyədək 1257 nəfər müayinə olunub. Ümumilikdə isə müayinədən bu iki kənddə 2617 nəfər yararlanmalıdır. Müayinə olunanların 12 nəfəri stasionar, 76 nəfəri ambulator müalicəyə cəlb edilib. Üç nəfər isə rayon mərkəzi xəstəxanasına göndərilib. Xəstəxanaya gəlmək imkanı olmayan əlil və ahıl sakinlərə evlərində xidmət göstərilir.

Müayinəyə gələn Karrar kənd sakini, 57 yaşlı Zinyət Vahidova AZƏRTAC-ın müxbirinə müsahibəsində bu humanist aksiyadan razılığını bildirərək deyib: “Dövlətimizə çox minnətdarıq. Bu xeyirxah iş bizim sağlamlığımız üçündür. İldə bir dəfə təmənnasız, hərtərəfli müayinə olunuruq. Səhhətimdə bəzi problemlər var. Gəldim ki, həkim müayinəsindən keçim və ətraflı məlumat alım. Xəstəxanada bunun üçün hər cür şərait yaradılıb”.

Keçidlər