Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Yüngül atletika üzrə rayon birinciliyinə yekun vurulub

06 mart 2018 | 16:00

Martın 5-də Kürdəmir şəhər stadionunda 5 mart Bədən tərbiyəsi və idman gününə həsr olunan idmanın Yüngül atletika üzrə rayon birinciliyi keçirilib.
Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda rayonun ümumtəhsil məktəblərinin oğlan və qızlardan ibarət komandaları iştirak ediblər.
Tədbirdə iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev 5 mart Bədən tərbiyəsi və idman günü ilə əlaqədar idmançıları təbrik etdi və onlara qələbə sevinci arzuladı. O, bildirdi ki, bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini böyük fəxrlə söyləmək olar. Zəngin və güclü idman ənənələri, peşəkar təşkilatçılığı ilə dünya idman ailəsində söz və nüfuz sahibi olan Azərbaycan bir neçə mötəbər idman yarışına ev sahibliyi edib. Bunlardan I-ci Avropa oyunları, “Formula-1” Avropa Qran-pri yarışı, Ümumdünya Şahmat Olimpiadası və IV İslam Həmrəylik Oyunlarını qeyd etmək olar. Bütün bu uğurlar onu göstərir ki, hazırda Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Azərbaycan idmanın bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir.
Yarişin yekun nəticələrinə görə 100 metr qaçışda I yerə oğlanlarda Qarabucaq kənd tam orta məktəbin şagirdi Elşad Mehdiyev , qızlarda isə Şəhər 3 saylı tam orta məktəbin şagirdi Qarayeva Nəzrin , 200 metr qaçışda I yerə oğlanlarda Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbin şagirdi İsmayıl Cəfərov , estafet qaçış üzrə I yerə oğlanlarda Karrar tam orta məktəbin komandası , qızlarda isə Şəhər 1 saylı tam orta məktəbin komandası layiq görülüblər.
Qaliblər Kürdəmir rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.

Keçidlər