Kürdəmir şəhər sakinləri ilə səyyar görüş keçirilib
Martın 1-də rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Kürdəmir şəhərinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak edirdilər.
Səyyar qəbulda iştirak edən şəhər sakinləri-ziyalı Akif Hacıyev, ağsaqqal Rafiq Verdiyev, təqaüdçü Əliqulu Cəfərov və digərləri çıxış edərək ərazi vahidliyində görülmüş işlər və həyata keçirilən tədbirlər barədə danışdılar. Şəhər sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Qəbulda şəhər sakinlərinin təbii qaz, enerji və su təchizatı, sosial müdafiə, yol, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq və digər məsələlər ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırılıb, onların hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıqlar verilib, qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapmışdır.
Daha sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə müraciət etdilər.
Görüşü yekunlaşdıran rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov kürdəmirlilərin həmişə Ulu Öndərimizin ideyalarına sadiq olduqlarını, ölkə rəhbəri cənab İlham Əliyevi daim dəstəklədiklərini bildirdi. İcra Başçısı rayonda , eləcə də şəhər ərazisində aparılan tikinti, abadlıq və quruculuq işlərindən danışaraq göstərilən bu diqqət və qayğıya görə ölkə rəhbərinə kürdəmirlilər adından öz minnətdarlığını bildirdi.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.