Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə indiyədək 21 min nəfərdən çox sakin kütləvi tibbi müayinədən keçib

28 fevral 2018 | 16:00

Əhalinin kütləvi tibbi müayinə aksiyası Kürdəmir rayonunda uğurla davam edir. Fevralın 12-dən başlanan və mayın 12-dək davam edəcək tibbi müayinələrdən indiyədək 21 min 548 nəfər yararlanıb.
Rayonda ümumiyyətlə, müayinələrdən 115 min 594 nəfər keçiriləcək. Bu günədək müayinə olunanların 2029 nəfəri ambulator, 64 nəfəri stasionar müalicəyə cəlb edilib. İki nəfər isə cərrahi əməliyyat olunub. 25 nəfər daha ətraflı müayinə üçün Bakıya, ixtisaslaşdırılmış klinikalara göndərilib.
Tibbi müayinə əvvəlcədən təşkil olunmuş həkim briqadaları tərəfindən rayon mərkəzi xəstəxanasında, poliklinika şöbəsində, Karrar və Mollakənd kənd xəstəxanalarında, Qarasaqqal, Topalhəsənli, Yenikənd, Xəlsə, Sığırlı və Şilyan həkim məntəqələrində aparılır.
Qeyd edək ki, kampaniyanın gedişinə rayon icra hakimiyyəti tərəfindən yaradılan, müvafiq qurumların nümayəndələrindən ibarət komissiya nəzarət edir. Müayinələrin uğurla təşkili üçün əhali arasında təşkilati-izahat işləri aparılır. Yaşayış sahələrində, idarə və təşkilatlarda tədbirlə əlaqədar qrafik tərtib olunub. Yaradılan səyyar həkim briqadası tibb müəssisələrinə gəlmək imkanı olmayan yaşlı sakinlərin müayinəsini evlərdə aparır.

Keçidlər