Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Sülh və Həmrəyliyə aparan yol - dialoq mövzusunda maarifləndirmə tədbiri keçirilib

27 fevral 2018 | 16:00

Fevralın 27-də Kürdəmir rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Kürdəmir şəhər “İmam Rza” məscidi dini icması tərəfindən “İslam həmrəylik və birliyə çağırış dinidir” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tofiq İsmayılov adına şəhər 1 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin analitik təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov, Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri Fizuli Cəfərov, Bilik Fondunun Kürdəmir rayon nümayəndəsi Vüqar Nəsirov, şəhər 1 saylı tam orta məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbir   iştirakçıları   əvvəlcə    26 Fevral Xocalı faciəsi qurbanları və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz   xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirin açılışında çıxış edən  Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, tarix boyu Azərbaycan multikulturalizm, dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülündə, İslam mədəniyyətinin dünyada yayılmasında mühüm rol oynayıb. Bu gün də multikultural Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsindən yararlanırlar. Ölkəmizdə məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin analitik təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov vurğulayıb ki, sağlam dialoq qarşılıqlı etimadın artmasına, sülhün təşviqinə və barışa töhfə verir. Natiq diqqətə çatdırıb ki, dialoq olmadan həmrəylik mövcud ola bilməz. O, daha böyük həmrəyliyin mənbəyidir. Dialoq fanatizmə və nisbiliyə müqavimətdir.
Digər çıxış edənlər də multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu, İslam dininin sülh və birlik nümunəsi olduğunu qeyd ediblər.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib.

Keçidlər