Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

26 fevral 2018 | 16:00

Fevralın 26-də rayonun Şahmat məktəbində Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şahmat üzrə rayon turnirinin final mərhələsi keçirilib.
Tədbir Xocalı Soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tədbirdə çıxış edənlər 1992- ci ilin 25 -dən 26- na keçən gecə Xocalı şəhərində erməni qəsbkarları tərəfindən dinc, günahsız insanlara qarşı irimiqyaslı hərbi təcavüz və ağır cinayət əməllərinin törədildiyini, 26 ildir ki ədaləti bərpa olunmayan bu faciənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində öz müsbət həllini tapacağını və bu faciənin bilavasitə iştirakçıları olan erməni quldurlarının layiqli cəzalarını alacaqlarını bildirdilər.
Fevralın 21-dən start götürən yarışda rayonun ümumtəhsil məktədlərinin 70 oğlan və qız şahmatçısı 8-12 və 13-16 yaş qruplarında mübarizə aparıblar, 7 turdan ibarət olan turnirin yekun nəticələrinə görə 8-12 yaş qruplarında  I  yerə  oğlanlarda   İstafilzadə  Səlim , qızlarda  isə Əzizova Aliyə , 13-16  yaş qruplarında  I  yerə oğlanlarda  Kərimov Şahin , qızlarda  isə  Məhərrəmova  Güllü  layiq  görülüblər.
Qaliblər Kürdəmir rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.


 

Keçidlər