Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirlilər Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər

24 fevral 2018 | 16:00

Fevralın 24-də rayonun Heydər Əliyev Mərkəzində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş tədbir  keçirilib.
Tədbirdən əvvəl Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov  rayonda müvəqqəti məskunlaşan  Xocalı sakinləri ilə görüşdü, onların qayğı və problemləri ilə maraqlandı. İcra Başçısı xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırımına məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 26 il əvvəl Xocalıda üzləşdiyini bildirdi. Ceyhun Cəfərov vurğuladı ki, yalnız Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşmış,soydaşlarımıza qarşı qəddarcasına törədilən dəhşətli qətliama məhz Ümummilli Liderimizin qətiyyəti sayəsində obyektiv hüquqi-siyasi qiymət verilmişdir. Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, 1994-cü ilin fevralında Milli Məclis bu faciəyə hüquqi qiymət vermişdir. Hazırda dünyanın hər yerində Xocalı faciəsinin tanınması Azərbaycanın  xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan Respubikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmiş və Xocalı faciəsini tanımışlar.Dünyada Xocalı faciəsi  Pakistan, Sudan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Hersoqovina, Peru, Honduras, İordaniya və s. kimi dövlətlər və ABŞ-ın 21 ştatı  və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınmışdır. Dünyanın hər yerində Xocalı faciəsinin tanınması ilə əlaqədar işlər davam edir. Bunlardan“Xocalıya ədalət!” kampaniyasını xüsusilə qeyd etmək lazımdır. “Xocalıya ədalət!” kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. “Xocalıya ədalət!” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin Sərgi salonunda təşkil edilən “ Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda rəsmlərə, əl işlərinə və kitablardan ibarət sərgiylə tanış oldular.
Tədbirin açlışında vətənimizin müdafiəsi uğrunda şəhid olanların və Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi və faciə haqqında məktəblilərin ifasında “Xocalı səsləyir bizi” mövzusunda ədəbi-bədii kompozisiya dinlənildi. Sonra Milli Qəhrəman Əlif Hacıyevə həsr olunan “Azərbaycanlı olmaq böyük şərəfdir” adlı sənədli filmi nümayiş olundu.
Mərasimin sonunda Xocalı sakini Elmar Şahverənov çıxış edərək tədbirin hazırlanmasında  əməyi keçən hər bir şəxsə, məktəblilərə və onlara hər zaman qayğı ilə yanaşan kürdəmirlilərə öz minnətdarlıqlarını bildirdi.

 

Keçidlər