Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir

23 fevral 2018 | 16:00

Fevralın 23-də Kürdəmir rayon Təhsil Şöbəsində rayonun təhsil işçilərinin iştirakı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Kürdəmir Rayon Təhsil Şöbəsinin müdir əvəzi Natiq Tarverdiyev və təhsil işçiləri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon Təhsil Şöbəsinin müdir əvəzi Natiq Tarverdiyev Xocalı faciəsinin törədilməsi səbəblərindən , tarixən ermənilərin azərbaycanlılara və türklərə qarşı törətmiş olduqları soyqırıma Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə siyasi qiymət verdiyindən, eləcədə ölkə başçısı cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətdən ətraflı sohbət açdı.
Tədbirdə çıxış edən İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elxan Qafarov Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu söyləyib. Xocalı soyqırımına ilk dəfə hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini, 1994-cü il fevralın 24-də Ulu Öndərin imzaladığı Fərmanla həmin günün xalqımıza qarşı törədilmiş soyqırımı aktı kimi qeyd edilməyə başlandığını bildirib. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatlar qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Bu baxımdan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir.
Çıxış edənlər şəhidlərin qanının yerdə qalmayacağına, erməni quldurları tərəfindən işğal olunmuş torpaqlarımızın tezliklə geri qaytarılacağına əminliklərini bildiriblər.

Keçidlər