Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Unutmadıq, Unutdurmadıq” adlı dəyirmi masa keçirilib

23 fevral 2018 | 16:00

Fevralın 23-də  rayonun Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Unutmadıq, Unutdurmadıq” adlı dəyirmi masa keçirilib.
Tədbirdən öncə “Xocalı faciəsi uşaqların gözü ilə”adlı rəsm sərgisi nümayiş etdirilib.
Tədbir   iştirakçıları   əvvəlcə   Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz   xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli xalqımızın qan yaddaşı olan Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımların atdığını bildirdi. Vəsilə Əsgərli  vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ölkəyə qayıdışı və onun dünya miqyaslı nüfuzu Xocalı faciəsinin də dünya müstəvisində öz qiymətini almasına səbəb oldu. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində, o cümlədən Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunması yolunda atdığı addımlar təqdirə layiqdir. Ulu Öndərin layiqli siyasi davamçısı olan Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Xocalıda baş verən qətliamın dünya miqyasında soyqırımı kimi tanıdılması istiqamətində mühüm işlər görülür. Eləcə də, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın bu yöndə fəaliyyəti təqdirəlayiqdir. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan «Xocalıya ədalət» kampaniyası böyük effekt verir. Bu kampaniya çərçivəsində hər il dünyanın bir çox dövlətlərində tədbirlər keçirilir, insanlığa qarşı olan bu qətliam beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Bu, əvəzolunmaz fəaliyyətdir. Təbii ki, həyata keçirilən bu sistemli tədbirlər nəticəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıblar.Amma bu məsələ hansısa qurumun işi deyil. Bu, ümumxalq məsələsidir və hər bir azərbaycanlı Xocalı qətliamının dünyada tanıdılması işində iştirak etməlidir. Bununla da, hər birimiz bu soyqırımın tanıdılması, ermənilərin iç üzünün açılması üçün çalışmalıyıq.
Çıxış edənlər şəhidlərin qanının yerdə qalmayacağına, erməni quldurları tərəfindən işğal olunmuş torpaqlarımızın tezliklə geri qaytarılacağına əminliklərini bildirərək Xocalı faciəsinin dünya miqyasında soyqırım aktı kimi tanıdılması istiqamətində həyata keçirilən işlərdən danışdılar.
Sonda Xocalı faciəsinə həsr olunmuş qısametrajlı  sənədli filmə baxış keçirildi.

Keçidlər