Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirin Garis Əyribənd kəndində səyyar qəbul-görüş keçirilib

22 fevral 2018 | 16:00

Fevralın 22-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun  rayonun  Karrar  kənd  inzibati  ərazi dairəsinin Garis Əyribənd kəndində səyyar qəbul-görüşü keçirilib. 
Karrar  kənd  inzibati  ərazi  dairəsinə  daxil  olan Karrar, Ərşəli və Garıs Əyribənd  kənd  sakinləri  ilə  görüşdə  rayon  icra  hakimiyyətinin,  hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Səyyar qəbulda iştirak edən kənd sakinləri Azərbaycan Prezidenti İlham Əliyevin ölkə əhalisinə xüsusi diqqət və qayğısından, eləcə də son illərdə rayonda, kənd ərazi vahidliyində görülən işlər barədə danışıblar.
Kənd  sakinləri yol,  təbii qaz,  enerji  və su  təchizatı, sosial  müdafiə, kənd  təsərrüfatı,  təhsil,   mədəniyyət,  səhiyyə,  məşğulluq   məsələləri  ilə bağlı rəy və təkliflərini veriblər.
Qaldırılan məsələlərin bir çoxu elə qəbul zamanı öz həllini tapıb.
Digər problemlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Keçidlər