Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayon İcra Hakimiyyətində rayon qadınlarının konfransı keçirildi.

22 fevral 2013 | 16:00

Kürdəmir rayon İcra Hakimiyyətinin akt zalında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Kürdəmir rayon İcra Hakimiyyəti ilə birgə “Azərbaycan  Qadınlarının IV Qurultayı”nın hazırlıq mərhələsində Kürdəmir rayon qadınlarının konfransı keçirildi.
Konfransda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev, Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət xanım Qəhrəmanova,rayonun ziyalı və ağbirçək qadınları iştirak etdi.
Konfransı giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev qonaqları və tədbir iştirakçılarını salamladı və konfransın gündəliyini təqdim etdi.
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və Humanitar məsələlər üzrə müavini Əbülfət Mikayılovun “ Dövlət qadın siyasətinin həyata keçirilməsi” mövzusunda məruzəsi dinlənildi.
Məruzə ətrafında Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ,rayon YAP Qadınlar Şurasının sədri Elmira Şıxəliyeva,Uşaq İncəsənət məktəbinin direktoru Qəndaf Zülfüqarova və başqaları çıxış etdilər.
Yekunda Azərbaycan Qadınlarının IV qurultayına nümayəndələr seçildi.

Keçidlər