Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət proqramlarının uğurlu icrası Kürdəmiri sürətli inkişaf yoluna çıxarıb

05 fevral 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası respublikamızın bütün bölgələrində olduğu kimi, Kürdəmir rayonunda da sosial-iqtisadi sahələrdə diqqətəlayiq nəticələrin qazanılmasına səbəb olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları qəbul olunandan  bəri  Kürdəmir  rayonunda  ümumi  məhsul  buraxılışı 8,3 dəfə, sənaye  məhsulunun  həcmi  29,1 dəfə, kənd  təsərrüfatının   ümumi  məhsulu 4,4  dəfə və əsas  kapitala  yönəldilmiş vəsait 66,5 dəfə, o cümlədən  tikinti  quraşdırma  işləri  67,8 dəfə artmışdır. Rayonda  2004-2017-ci il ərzində  ərzində  Sahibkarlığa  Kömək  Milli Fondu  vasitəsi  ilə  329 sahibkara  21,5 milyon  manat  güzəştli  kredit verilmişdir ki, bununda  nəticəsində  minlərlə  yeni  iş  yerləri  açılmışdır. 2007-2017-ci il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 23 milyon manatdan çox subsidiya verilmişdir. 
Birinci Dövlət Proqramının qəbulundan bəri rayonda Ümummilli Liderin adını daşıyan mədəniyyət və istirahət parkı salınmış və abidəsi ucaldılmış, Heydər Əliyev Mərkəzi tikilmişdır. Rayonda Olimpiya İdman Kompleksi, Şəhər Poliklinikası və Psixiatriya şöbəsi, əlil və şəhid ailələri üçün ümumilikdə 32 mənzilli 2 yaşayış binası, Gənclər Evi, Rayon  İcra  Hakimiyyəti  üçün yeni inzibati bina,  Bayraq  Meydanı və Bayraq Muzeyi, Gənclər kafesi, 100 yerlik  körpələr  evi-uşaq  bağçası, Yeni Azərbaycan  Partiyasının  rayon  təşkilatının inzibatı binası tikilmiş, 157 çarpayılıq  Mərkəzi Rayon Xəstəxanası, Tarix Diyarşünaslıq  Muzeyi  və  Qələbə  parkı  əsaslı  təmir  edilmişdir. Ölkə Prezidentinin  18 sentyabr  2015-ci il tarixli  sərəncamı  əsasında 21 ədəd  çoxmənzilli binaların əsaslı təmir edilmişdir. Bundan əlavə 2016-cı və 2017-ci illər ərzində Kürdəmir şəhərinin mənzil fonduna daxil olan 17 çoxmənzilli yaşayış binalarında təmir işləri görülmüşdür. Cari ildə Kürdəmir şəhərinin mənzil fonduna daxil olan 8 çoxmənzilli yaşayış binalarında təmir işlərinə başlanılmışdır.
Bu  illər  ərzində rayonda 8076 şagird yerlik 31, o cümlədən Heydər Əliyev Fondunun  təşəbbüsü  ilə 1220  şagird yerlik  5 yeni məktəb  binası  tikilmiş,  1272  şagird  yerlik 3 məktəb binası əsaslı təmir olunmuşdur. Hal-hazırda rayonun Axtaçı-Qarabucaq kəndində 132 şagird yerlik tam orta məktəb binasının tikintisi başa çatdırılmış, Yeni Şıxımlı, Çöl-Ərəb,  Qurd Bayramlı,  Pirəköçə və Çərtəyəz kəndlərində modul tipli məktəb binaları quraşdırılmışdır.
Rayonun yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülmüş, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 28 km olan Mollakənd-Axtaçı-Öyləqulu  avtomobil yolu və 7 yaşayış məntəqəsini birləşdirən, uzunluğu  18  km  olan  Mollakənd-Söyüdlər  avtomobil yolu əsaslı təmir edilmişdir. Hal-hazırda  rayonun 7 kəndini birləşdirən, uzunluğu 37,2 km olan Karrar-Bağman-Böyük-Kəngərli avtomobil  yolunun inşaasına  başlanılmışdır. Dövlət Proqramının icrası ilə əlaqədar 2017-ci il ərzində şəhərin Heydər Əliyev və Bakı prospeklərində, Babək, M.Ə.Rəsulzadə, Anar Yunusov, Şəhid Əbu Bəkr İsmayılov, Şəhid Tural Qurbanov, Nizami, Xəqani, M.Əsədov, Z.Tağıyev, 20 Yanvar küçələrində və şəhərin 69-cu məhəlləsinin giriş yoluna asfalt örtüyü vurulmuşdur.
Rayonda iri sənaye müəssisələrdən süd emalı zavodunun, dəyirman  kombinatının, ”Azərşərab” və “Azbiyan “ MMC-nin  tam  gücü ilə  fəaliyyət göstərməsi rayon iqtisadiyyatının güclənməsinə, yerli gəlirlərin artmasına və əhalinin məşğulluğunun təmin olunmasına dəstək vermişdir. AzərSun  Holdinq  Şirkətinin  Kürdəmir Süd emalı zavodunun  sutkalıq  istehsal gücü 120 tondur. Zavodun tərkibində 500 başlıq  heyvandarlıq  kompleksi  yaradılmışdır. Hazırda zavod 10 çeşiddə süd məhsulları istehsal edir.
Dövlət Proqramının qəbulundan bəri rayonun 62  yaşayış məntəqəsindən  56-sı qazlaşdırılmış,  2 məntəqədə qazlaşdırma işləri  başa çatmaq üzrədir. Ümumilikdə 18005 abonent təbii qazla təmin edilmişdir.  Rayon üzrə qazlaşma faizi 86-% çatdırılmış, 2018-ci ildə rayonun qazlaşdırılmayan Qarabucaq qəsəbə, Qarabucaq, Qarasu və Qurd Bayram kəndlərində də  qazlaşdırma  işləri nəzərdə tutulmuşdur. 
Rayonun  39  yaşayış məntəqəsində 50 mindən artıq əhaliyə xidmət edən modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin  24 fevral 2017-ci il tarixli sərəncamına  əsasən rayon ərazisində əlavə olaraq Qoçulu, Axtaçı-Qarabucaq,  Bağman və Garis-Əyribənd kəndlərində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılmışdır. Azərbaycan  Respublikası Prezidentinin  “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17 mart .2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar rayonun Bala-Kəngərli, Ucarlı, Topalhəsənli, Şahsevən, Qaraqocalı, Şıxımlı, Mürtülü, Qağacılı, Atakişil(Əzimli), Xaırdapay, Yeni Şıxımlı, Qurdbayram  kəndlərində və Qarabucaq qəsəbəsində 126 ədəd bulaq quraşdırılmışdır.
Rayonun elektrik təsərüffatının yenidən qurulması istiqamətində Şəhər-1, Trest , Cənub, ABZ 10 kvt-luq və 0,4 kvt-luq hava xətlərində sip kabelləşmə işləri başa çatdırılmış, hazırda Şəhər-2, Şəhər-3, Pambıq zavod, Muradxan xətlərində sip kabelləşmə işləri davam etdirilir, Atakişil, Sığırlı, Qarasaqqal kəndlərində 92960 metr açıq naqillər sip kabellə əvəz olunmuşdur. 

 

Keçidlər