Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Gənclər Günü qeyd edilib

02 fevral 2018 | 16:00

Fevralın 2-də rayonun Gənclər evində Ümumrespublika Gənclər Günü münasibətilə tədbir keçirilib. İlk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər-çiçək dəstələri düzdülər.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli, rayonun idarə, müəssisə və təşkilatlarının, ümumtəhsil məktəblərinin, bədən tərbiyəsi və idman kollektivlərinin fəal gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon Gənclər və İdman idarəsinin rəis müavini Qalib Baxşiyev toplantı iştirakçılarını salamladı və Gənclər Günü münasibəti ilə bütün gəncləri təbrik etdi.  O, təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Dövlət gənclər siyasəti çərçivəsində rayonda görülmüş işlər haqqında geniş məruzə etdi.
Çıxışda xüsusilə vurğulandı ki, bu gün Ulu Öndərin siyasi kursunun davamçısı, gənclərin liderı , onları daima  irəli səsləyən İlham Əliyev  kimi  prezidentimiz var. Məhz Cənab İlham Əliyevin gərgin fəaliyyəti sayəsində ölkəmizin siyasi həyatında gənclərin fəallığının artmasına , onların  yaradıcılıq , təhsil, istirahət  şəraitinin yaxşılaşdırılmasına , bir sözlə onlara daimi diqqət və qayğının artırılmasına nail olunmuşdur. Ölkə Başçısının rayonumuza səfərlərində müasir standartlara cavab verən yeni təhsil ocaqları, gənclərin  asudə  vaxtlarının  səmərəli  keçirməsi  üçün  Bayraq Meydan Kompleksi və Gənclər evi, Olimpiya İdman Kompleksi Cənab Prezidentimizin rayonumuzun gənclərinə ən böyük tövhəsidir. Ulu Öndərimiz Heydər Əliyevin nurlu ideyalarına sadiq olan və onlardan bəhrələnən Azərbaycan gəncləri Prezident İlham Əliyev  ətrafında sıx birləşərək, Vətənimizin  tərəqqisi  naminə  var  qüvvə ilə çalışırlar. Məruzə  dinlənildikdən  sonra  rayonun  fəal  gəncləri  Xəyyam  Məlikov, Nicat Yaşarlı və Tamerlan Məhərrəmov mövzu ətrafında çıxış etdilər.
Tədbirdə  çıxış  edən  Kürdəmir  rayon  İcra Hakimiyyəti Başçısının müavini Vəsilə  Əsgərli  rayon  gənclərini  salamlayaraq  onları Gənclər Günü münasibəti ilə təbrik etdi və ölkəmizdə gənclər siyasətinin əsasının Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin gənclərin imkan və bacarıqlarını  yüksək qiymətləndirdiyini, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdiyini, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirdiyini bildirdi. 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət  proqramının  təsdiq edilməsi  Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin  həllinə yönəldirdi. Ulu Öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni  mərhələsini yaşayır. Prezident  İlham Əliyev Ulu Öndərin gənclər  siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlət Başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiada və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Bu il gənclər üçün ən önəmli hadisələrdən biridə, Azərbaycan   Respublikası   Prezidentinin   15  sentyabr 2017-ci il  tarixli   Sərəncamı   İlə  “Azərbaycan   gəncliyi  2017-2021-ci illərdə” Dövlət  Proqram  təsdiq  edilməsidir. “Azərbaycan   gəncliyi  2017–2021-ci  illərdə”  Dövlət  Proqramının    əsas   məqsədi   Azərbaycanda   gənclər  siyasətinin  daha  səmərəli  həyata   keçirilməsinə    nail  olmaq , cəmiyyətin    bütün  sahələrində   gənclərin    fəal    iştirakına    şərait   yaratmaq,  onların   yaradıcı   və    innovativ   potensialının  üzə çıxarılmasını dəstəkləməkdir.
Tədbirin sonunda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli ayrı-ayrı sahələrdə fərqlənən gənclərə və idmançılara fəxri fərman və qiymətli hədiyyələr təqdim etdi.

Keçidlər