Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Cənab İrşad Nadir oğlu Əliyevin hesabat məruzəsi

14 fevral 2013 | 16:00

         Hörmətli yığıncaq iştirakçıları!

Əsası  Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı 2012-ci ildə də öz dinamik inkişafını qoruyub saxlamışdır.

        Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin, sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş 15 yanvar 2013-cü il tarixli iclasında  görülmüş işlər ətraflı təhlil edilərək, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir.

Aparılmış uğurlu islahatlar nəticəsində 2012-ci ildə ümumdaxili məhsul istehsalı 2,2 faiz artmışdır. Sevindirici hal ondan ibarətdir ki, qeyri neft sektorunda 9,7 faiz, kənd təsərrüfatında isə təxminən 6 faiz artım olmuşdur.     

       Bu, ölkəmizin dinamik inkişaf etdiyini, iqtisadiyyatın şaxələndirilməsinin təmin edildiyini və iqtisadiyyatımızın enerji amilindən asılılığından azaldığının göstəricisidir.

       İnflyasiya cəmi 1,1 faiz səviyyəsindədir, əhalinin pul gəlirləri isə 13,8 faiz artmışdır. Yəni inflyasiya ilə pul gəlirləri arasında fərq 10 faizdən çoxdur. Bu da dünya miqyasında ən yüksək göstəricilərdən biridir.   

       İlin əvvəlindən ölkənin valyuta ehtiyatları daha da artaraq 46 milyard dolları ötmüşdür ki, bu da istənilən layihələrin öz gücümüzə arxalanaraq icra olunmasına, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resurslarının cəlb edilməsinə geniş imkan yaradır.

       Dünya Bankının hesabatlarında biznesin aparılması üçün Azərbaycanın yüksək yerdə, Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə isə iqtisadiyyatımizinn rəqabət qabiliyyətliyinə görə 46-cı yerdə, MDB məkanında isə 1-ci yerdə olması fərəhləndirici haldır.           
       2012-ci ildə 117 min yeni iş yeri açılmışdır ki, onlardan 93 mindən çoxu daimi iş yeridir. İşsizliyin səviyyəsi 2012-ci ildə 5,2 faizə, işsizliklə bağlı olan yoxsulluq səviyyəsi 7,6 faizdən 6 faizə düşmüşdür.

Bütün sahələrdə qazanılmış uğurlar bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan alternativsiz lider, Möhtərəm Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə yeni və sürətli inkişaf mərhələsini yaşayır, dünya miqyasında öz müsbət imicini daha da gücləndirir və zəngin dövlətə çevrilir.

Məhz bunun davamı olaraq 2014-2018-ci il regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı hazırlanır.

        Hörmətli yığıncaq iştirakçıları!

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2009-2013-cü illər) təsdiq edilməsi haqqında” 14 aprel 2009-cü il tarixli Fərmanına əsasən rayonda proqramda nəzərdə tutulmuş tədbirlər həyata keçirilmişdir.

2003-cü ildən hal-hazırki dövrə kimi 11435 yeni iş yeri yaradılmış, bundan 7472-si daimi, 3963-cü mövsümüdür. İlin əvvəlindən isə 985 yeni iş yeri yaradılmış, onun da 843-ü daimi, 142-si mövsümü iş yerləridir.

Rayonun Əmək və Əhalinin Məşğulluq Mərkəzi tərəfindən boş iş yerləri barədə məlumat toplanaraq iş axtaran vətəndaşlardan 355 nəfəri işlə təmin olunmuşdur ki, onların da 141 nəfəri qadınlar, 129 nəfəri isə gənclərdır.

Bu məqsədlə keçirilmiş əmək yarmarkasının da böyük rolu olmuş-dur. Ənənəvi “Əmək Yarmarkası”nda  rayonun 45 idarə-müssisələri tərə-findən 301 boş iş yeri çıxarılmış və 118 nəfər daimi işlə təmin olunmuş, 20 nəfər peşə hazırlığı kursuna, 33 nəfər isə haqqı ödənilən içtimai işlərə cəlb olunmuşdur.

2012-ci il ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 29,2 faiz artaraq 324 milyon 313 min manata çatmışdır. Ümumi məhsul buraxılışının 79,6 faizi məhsul istehsalı, 20,4 fazi isə xidmət sahələrində olmuş,bu da  keçən illə müqaisədə 18,3 faiz artmışdır.

Regionların  sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq aqrar sektorun inkişafı diqqət mərkəzində saxlanılmışdır.

Ölkə Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli Sərəncamı əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinə yardım verilməsi, gübrələrin güzəştli qiymətlərlə satılması, toxum istehsalına görə subsidiyalar ödənilməsi, texnikaların və mal-qaranın lizinq yolu ilə satılması, güzəştli şərtlərlə kreditlərin verilməsi, vergi güzəştləri, kəndlinin torpağa bağlılığını artırmış, məhsul istehsalına marağını yüksəltmişdir.

         Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ötən il qabaqcıl nümunələrin yaradılması və yayılması sahəsində ardıcıl işlər aparılmış, taxılçılıq sahəsində Süd emalı zavodunda, iri istixanalar təsərrüfatında, mütərəqqi üsulla becərilən qarğıdalı sahəsində və bağlarda sahibkarların, mütəxəssislərin iştirakı ilə seminarlar keçirilmiş və onlara lazımi bilgi və tövsiyyələr verilmişdir.

         Belə nümunələrin sayı artırılmalı, onların öyrənilməsi və yayılması istiqamətində müntəzəm iş aparılmalıdır.

Görülmüş tədbirlər nəticəsində ötən il 74318 ton, əvvəlki ildəkindən 19141 ton çox taxıl, 14035 ton, əvvəlki ildəkindən 1125 ton çox kartof,  21094 ton, əvvəlki ildəkindən 156 ton çox tərəvəz, 48073 ton, əvvəlki ildəkindən 508 ton çox bostan, 1567 ton, əvvəlki ildəkindən 982 ton çox qarğıdalı dəni, 21371 ton, əvvəlki ildəkindən 521 ton çox meyvə, 3984 ton, əvvəlki ildəkindən 317 ton çox üzüm məhsulu istehsal edilmişdir.

Bu il qarğıdalı dəni də daxil olmaqla 75810 ton taxıl istehsal edilmişdir ki, bu da ötən ildəkindən 20048 ton çoxdur. Mütərəqqi üsulla becərilən qarğıdalı sahəsinin hər hektarından 100 sentnerdən  çox dən götürülmüşdür.

Ötən ilin payızında taxıl əkinləri mütəşəkkil keçirilmiş, bu ilin məhsulu üçün 15 min hektardan çox sahədə buğda, 24 min hektardan çox sahədə arpa, ümumilikdə 39 min hektardan çox payızlıq taxıl əkilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dövlət torpaq fondu hesabına ölkə ərazisində iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqla əlaqədar  rayonda iri özəl taxılçılıq təsərrüfatı yaradılması üçün dövlət fondu qış otlaq sahəsindən 2243 hektar yer seçilmişdir. Hazırda həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsi və hərraca çıxarılması işləri aparılır. Bu da rayonda taxıl istehsalının daha da artırılmasına əsaslı zəmin yaradacaqdır. 

Regionların, xüsusi ilə sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2012-ci ildə Kürdəmir rayonunun 14 sahibkarına 3 milyon 160 min manat məbləğində kredit verilmişdir.
 
         Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində də müəyyən işlər görülmüşdür. Hazırda iri buynuzlu mal qaranın sayı 63,3 min başı, qoyun keçilərin sayı 131.4 min başı ötmüş, heyvandarlıq məhsulları istehsalının müəyyən artımına nail olunmuş, 2012-ci ildə əvvəlki illə müqayisədə ət istehsalı 4,8%, süd istehsalı 11,8%, yumurta istehsalı 4,3%, yun istehsalı 0,2% artmışdır.

    Müasir texnologiya ilə qurulmuş istixana təsərrüfatında keçirilən seminar müşavirə və orada belə təsərrüfatlarının iqtisadi səmərəsi barədə verilmiş bilgilər və tövsiyyələr bu sahəyə sahibkarların marağını artırmış, nəticədə ötən il örtülü qruntların sahəsi 4 hektar artırılaraq 5,5 hektara çatdırılmışdır. Ötən ilin payız-qış mövsümündə parnik təsərrüfatlarından 300 tondan çox xiyar, 100 tondan çox pomidor məhsulu götürülmüşdür.

Kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır.

Hesabat dövründə torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması sahəsində xeyli işlər görülmüş, Axtaçı-Ərəbqubalı,  Çərtəyəz-Muradxan beton üzlüklü kanallarının tikintisi davam etdirilmiş,  Çərtəyəz-Muradxan kanalına su vermək üçün Kür çayına üzən nasos kompleksi quraşdırılmışdır. Sovla kəndi ərazisində istismar müddətini başa vuraraq sıradan çıxmış latok kanalların 500 metrdən çox hissəsi şüşə lifli kompozit materialdan hazırlanmış latoklarla əvəz olunmuş, 3 yerdə yeni nasos stansiya, 10 ədəd yeni nasos kompleksi quraşdırılmış, sıradan çıxmış 4 üzən nasos stansiya yenidən bərpa olunmuş, 220 km kollektor-dren şəbəkəsi lildən təmizlənmiş, meliorasiya sistemində olan 52 hidrotexniki qurğu, 16 ədəd nasos əsaslı təmir edilmiş, 1 ədəd yeni nasos qurulmuşdur.

Öyləqulu-Dayıkazımlı kəndləri ərazisində qrunt suları altında qalmış 1000 hektardan çox torpaqları azad etmək üçün 10 km-lərlə yeni kanallar qazılmış, qrunt sularını çəkmək üçün yeni nasos-stansiya qurularaq işə salınmışdır.

Meliorasiya və suvarma sistemləri sahəsində müəyyən işlər görülsə də, kollektor-dren şəbəkələrinin işlək vəziyyətə gətirilməsində, suvarma sistemlərinin təmiri və bərpasında çoxlu sayda görülməmiş işlər qalmışdır.   Rayonda 18 min hektardan çox meliorasiyaya ehtiyacı olan şoran torpaqlar hələ də əkin dövriyyəsindən kənardadır.

         Ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə taxıl əkinlərinə maksimum aqrotexniki qulluq göstərilməli, ət, süd, yumurta və diğər kənd təsərrüfatı məhsullarının istehsalının artırılması tədbirləri görülməlidir.

        Odur ki, rayon İcra Hakimiyyəti Başçısı Aparatının Aqrar məsələlər şöbəsi və kənd təsərrüfatına xidmət edən təşkilat rəhbərləri öz işlərini günün tələbləri səviyyəsində qurmalı, məhsul istehsalının artırılması istiqamətində lazımi tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirməlidirlər. 
 
         Hörmətli yığıncaq iştirakçıları!

Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin və müvafiq xidmət müəssisələrinin diqqət mərkəzində saxlandığı ən vacib məsələrdən olmuşdur.

Rayon mərkəzində və kəndlərdə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, bəzi hallarda texniki cəhətdən nasaz olan sayğacların dəyişdirilməsinə, sıradan çıxmış transformatorların yenisi ilə əvəz olunmasına diqqət artırılmışdır. 10 kv-lıq elektrik hava xəttinin 4,7 km hissəsində əsaslı, 12,9 km hissəsində cari, 04 kv-lıq elektrik hava xəttinin isə 5,9 km hissəsində əsaslı, 14,3 km hissəsində isə cari təmir işləri aparılmlşdır. Transformatorlardan 21 ədədi əsaslı, 53 ədədi isə cari təmir edilmiş, 539 mənzilə elektrik sayğacı quraşdırılmışdır.

Görülmüş işlərlə yanaşı müəssisənin fəaliyyətində nöqsanlar qalmaqdadır.

Küləkli və yağmurlu havalarda elektrik enerjisi abonentlərə fasilələrlə verilir,  sayğaclara müdaxilə edənlərə qarşı ciddi mübarizə aparılmır, enerji israfçılığına və digər neqativ hallara qarşı mübarizə gücləndirilmir.

SİP kabelləşmə üçün heç bir tədbirlər görülmür, şəhərin işıqlandırılmasına vaxtlı-vaxtında nəzarət edilmir.

İstifadə edilmiş enerji daşıyıcılarının dəyərinin 100 % ödənilməsi nəzərdə tutulduğu halda  2012-ci ildə əhali sektoru üzrə 67,6%, ümumilikdə isə 79,6% yiğım təmin edilmişdir ki, bu da yol verilməzdir.

Rayon əhalisi 100 faiz elektrik enerjisi ilə təmin olunmuş, lakin 96 faiz sayğaclaşma aparılmışdır.

Rayon elektrik şəbəkəsinin rəhbərliyi nöqsanların aradan qaldırılması üçün əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatında ən mühüm amil olan sıradan çıxmış elektrik dirək və naqillərin tez bir zamanda yenisi ilə əvəz olunmasını, SİP kabelləşmə və kart-sayğac sisteminə keçirilməsi yönümündə, Dövlət Proqramında nəzərdə tutulmuş rayon ərazisində yeni yarımstansiyanın tikintisi və onun şəbəkəyə birləşdirilməsi, bildirişlərin vaxtında paylanılmasına və enerjinin dəyərinin yüz faiz həcmində ödənilməsi üçün nəzarəti gücləndirməli, sayğaclara müdaxilə və qanunsuz qoşulma hallarına qarşı barışmaz mövqe göstərməli, buraxılmış ciddi nöqsanların aradan qaldırılması üçün konkret tədbirlər hazırlayıb qısa bir zamanda həyata keçirməlidir.

Dövlət Proqramına uyğun olaraq 2012-ci ildə təbii qazla təhciz olunmayan şəhərin ayrı-ayrı məhəllələrinin, kəndlərin qazlaşmasına başlanılmışdır.

İdarənin rəhbərliyinə tutulmuş iradlardan nəticə çıxarılaraq şəhərin gözəlliyinə xələl gətirən metal borulardan çəkilmiş qaz xətlərinin sökülərək yeraltı polietilen borularla əvəzlənməsinə nail olunmuşdur.

Heydər Əliyev prospekti və Aşıq Əhməd küçəsində ümumilikdə 2150 m metal boru yüksək və orta təzyiqli yeraltı plastik boru ilə əvəzlənmiş, şəhərin cənub məhəlləsində 4,5 km uzunluğunda yeni qaz xətti çəkilmiş və 580 ailə təbii qazla təmin olunmuşdur.

Sığırlı-Çöhranlı marşurutu üzrə 7 kəndi (Karrar, Garıs-Əyribənd, Bağman, Karrar qəsəbə, Muğanlı, Xınıslı, Çöhranlı) təbii qazla təmin edəcək kəmərin 32 km hissəsi çəkilmiş, şəhərin 63-69-cu məhəllələrində, Atakişili kəndinin yeni yaşayış ərazisində qazlaşma işlərinə başlanılmışdır. Şilyan, Qarasu kəndlərinin qazlaşması üçün layihə-smeta sənədləri hazırlanıb, hal-hazırda Şilyan, Qarasu kəndlərinə 8 km daşıyıcı xətt çəkilmişdir.

Təhlil zamanı müəyyən edilmişdir ki, rayon əhalisinin 53,6 faizi qazlaşmış, 100 faiz sayğaclaşma aparılmışdır.

Bütün görülən işlərlə yanaşı idarənin fəaliyyətində nöqsanlar qalmaqdadır.

Belə ki, korroziya uğramış kəmərlərin dəyişdirilməsində ləngimələrə yol verilir, bu da qaz itkisinə səbəb olur. Debitor borcu olan abonentlərlə maarifləndirmə işi zəif aparılır. Qış aylarında şəhərin bəzi küçələrində təbii qazın düzgün tənzimlənməməsindən şikayətlər olur.

2012-ci ildə yığımın istər əhali və istərsə də ümumilikdə 100%-dən yuxarı təmin olunması, həmçinin itki faizinin nəzərə çarpacaq dərəcədə asağı düşməsi müsbət hal kimi dəyərləndirilməli, 2012-ci il ərzində əhali sektoru üzrə 110,8 %, ümumilikdə isə 101,2% faiz yığım təmin edilmişdir.

Ona görə də, idarənin yeni təyin olunmuş rəhbərliyi bundan sonra da öz işçiləri üzərində nəzarəti gücləndirməklə nizam-intizama, bildirişlərin vaxtında paylanmasına, qaz itkisinin qarşısının alınmasına nail olmalıdır.

Dövlət Proqramına uyğun olaraq əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq, eyni zamanda kanalizasiya şəbəkəsinin yenidən qurulmasına başlanılmışdır.

Ağsu rayonunun Külüllü bulağından rayonumuza qədər yeni çəkiləcək 3-cü içməli su xəttinin 24 km-nin, Ərəbmehdibəy kəndində tutumu 7500 m3 olan su anbarının tikintisi başa çatdırılmışdır. Ümumi uzunluğu 300 km olan daxili içməli su xəttinin 28 km-də, kanalizasiya şəbəkəsinin isə 13 km-də işlər basa çatdırılmış, tunel çəkilişi üçün 4 ədəd yeraltı baxış quyuları tikilmişdir.

Qeyd etməliyəm ki, görülən işlərə baxmayaraq hazırda şəhər əhalisinin 43 faizi su ilə təmin olunub, qalan 57 faiz şəhər əhalisinin su ilə təmin olunması və kanalizasiya xətlərinin yenidən qurulması işləri 2013-cü ilin sonuna başa çatdırılmasi nəzərdə tutulmuşdur.

Bu işlərin vaxtında və keyfiyyətlə görülməsi rayon  İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və Tikinti şöbələri tərəfindən gündəlik nəzarətə götürülməli, yeni şəbəkənin çəkilişinin başa çatana qədər köhnə xətlərin işlək vəziyyətdə olması üçün lazımi tədbirlər hazırlayıb həyata keçirməlidir.

Kəndlərin su təchizatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 26 avqust 2011-ci il tarixli Sərəncamı ilə Kürdəmir rayonunun 5 min nəfər əhalisinin yaşadığı Şahbəyli, Sor Sor, Ərşəli, Muğanlı, Xınıslı yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğular quraşdırılaraq istifadəyə verilmiş, Təklə kəndində isə qurğunun tikintisi ilə əlaqədar sənədləşmə işlərinə başlanılmışdır.

Bundan əlavə 2013-cü ildə daha 3 kənddə modul tipli su təmizləyici qurğu tikilməsi planlaşdırılmış, tikiləcək qurğulara kəndlərdə yerlər seçilmiş və torpaqayırma sənədləri hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. 

Əhaliyə göstərilən kommunal xidmətin səviyyəsinin yüksəldilməsi, şəhərimizin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanılması bu sahəyə xidmət göstərən müvafiq qurumların ən başlıca vəzifələrindəndir.

        Kommunal nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədi ilə dövlət Başçısının tapşırığına  əsasən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına rayonumuza gətirilmiş xüsusi texnikalardan səmərəli istifadə olunmalıdır. Bu maşınlar küçələrdə təmizlik işləri aparmaq üçün əlverişli texniki imkanlara malikdir.

Göstərilən qayğıya rayonun xidmət təşkilatları şəhər icra nümayəndəliyi ilə birlikdə əməli işləri ilə cavab verməli, verilmiş bütün nəqliyyat vasitələrinin daima işlək vəziyyətdə olmasını təmin etməlidirlər.  
  
         Əhaliyə göstərilən bu xidmət sahələrinin fəaliyyətində nöqsan və çatışmamazlıqlar qalmaqdadır.

Kommunal Müəssisələr Kombinatı xidmət göstərdiyi ərazidə məişət tullantılarını götürsə də, bir çox mərkəzi küçələr həmişə süpürülmür, küveyt və keçid boruları müntəzəm təmizlənmir ki, bu da yağıntılar zamanı tutulmalara səbəb olur,  məişət tullantılarını xüsusi ayrılmış yerlərə atmayan sakinlərə qarşı cərimə sanksiyaları tətbiq olunmur, bununla yanaşı istər Kommunal Müəssisələr Kombinatı, istərsə də Mənzil İstismarı Sahəsi əhaliyə və eləcədə ticarət obyektlərinə göstərilən xidmətə görə xidmət haqqı yığmırlar. Bu da yol verilməzdir. 

Mənzil istismar sahəsi tərəfindən  evlərin fasadlarını eybəcər vəziyyətə gətirmiş, qanunsuz artırma və tikililər aparmış sakinlər barəsində ciddi ölçü götürülmür, onların sökülməsi üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldırılmır.

Bununla əlaqədar adı çəkilən təşkilat rəhbərləri və şəhər icra nümayəndəliyi ciddi tədbirlər görməlidirlər.      

Qeyd olunan ciddi nöqsan və çatışmamazlıqları aradan qaldırmaq məqsədi ilə rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, şəhər icra nümayəndəliyi, bələdiyyə və xidmət təşkilatları ilə birlikdə tədbirlər planı hazırlamalı, əhalini narahat edən məsələlərin tez bir zamanda aradan qaldırılmasını təmin etməlidir.

2013-cü ilin əvvəlinə rayon əhalisinin sayı 108,9 min nəfər təşkil etmiş və ötən illə müqayisədə 1416 nəfər və yaxud 1,3 faiz artmışdır. Əhalinin 19,7 faizi rayonun mərkəzində, 80,3 faizi 21 kənd inzibati dairələrinin ərazisində yaşayır.

2012-ci il ərzində rayonda 2155 körpə doğulmuş və 623 nəfər ölən qeydə alınmışdır.

2011-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 23,4-dən 19,9-a qədər azalmış, ölənlərin sayı isə 5,4-dən 5,7-ə qədər artmışdır.

2012-ci il ərzində rayona gələnlərin sayı 167 nəfər olmaqla, keçən ilin müvafiq dövrü ilə müqayisədə 52 nəfər və ya 23,8 faiz azalıb, gedənlərin sayı isə 200 nəfər olmaqla 167 nəfər və ya 45,5 faiz azalmışdır. Ümumilikdə rayonun ümumi artımı 1130 nəfər olmuşdur.

        Hörmətli yığıncaq iştirakçıları!

Rayon büdcəsinin ilbəil artması və sosial yönümlü olması Ölkə Prezidentinin bu sahəyə yüksək diqqət və qayğısının təzahürüdür.

2012-ci il üçün  rayon büdcəsi  mədaxil və məxaric  üzrə 16,1 milyon manat təsdiq edilmişdir ki, bunun da 11,8 milyon manatı Respublika büdcəsindən ayrılan  dotasiya, 4,3 milyon  manatı isə  yerli  gəlirlər hesabına  formalaşdırılmışdır.

Yerli gəlirlər planı ümumilikdə 127,9 faiz yerinə yetirilmişdir.

2012-ci ildə rayonda tikinti və abadlıq işləri geniş vüsət almış, rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması, nəqliyyat infraskturunun şəhərdaxili hərəkətinin nizamlanması məqsədi ilə rayonun idarə, müəssisə rəhbərləri ilə mütəmadi müşavirələr  keçirilmiş, görüləcək işlərin layihələri hazırlanmış, müəyyən edilmiş işlərin görülməsinə başlanılmışdır.

Şəhərin 10 küçə və meydanlarına ümumilikdə 27346 m2 büdcə vəsaiti hesabına  asfalt örtüyü vurulmuşdur. Şəhərin ən işlək mərkəzi  küçələrindən olan Aşıq Əhməd, Nizami, X.İslamzadə  küçələrinin yenidən qurulması və abadlaşdırılması üçün 2247 p/m bardür düzülmüş, 230 p/m kanalizasiya xətti çəkilmiş, 989 m2 divar hörülmüş, 1250 m2 tamet döşənmiş, 1910 m2 aqlay materialı ilə üzləmə aparılmış, ərazilərin görkəmi tamamilə dəyişmişdir.

2013-cü ildə şəhərin 5 küçə və meydanlarının 42800 m2 büdcə vəsaiti hesabına asfaltlaşdırılması nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, şəhərin 90 küçəsindən 66 küçəsi asfaltlaşdırılmışdır.

Heydər Əliyev prospektində hündürlüyü 42 metr olan yeni bayraq meydanı qurulmuş, 6.5 metr  hündürlükdə 4 cəhətli saat qülləsi tikilmiş, 100 ədəd yeni işıqlanma dirəkləri quraşdırılmış, divarların ağlayla dekorativ üzlənməsi işləri aparılır.

Şəhərin Bakı prospektində primitiv üsulla quraşdırılmış Bayraq qülləsi dəyişdirilərək 52 metr qülləsi olan yeni bayraq meydanı  tikilib istifadəyə verilmişdir.

Uzunluğu 1700 metr olan Vaqif küçəsinin 4 gedişli yola rekonstruksiyası üçün xeyli iş görülmüş, əraziyə 3450 m3 torpaq daşınmış , 620 m3 beton tökülmüş. 3590 m2 divar hörülmüş , 1441 m2 ağlayla üzləmə aparılmış, 2645 p/m bardür düzülmüş, işıqlanma sistemi üçün 39 ədəd dayaq yeri düzəldilmişdir.

G.Orucova küçəsində 3 ləçək formalı yol nizamlayıcı dairə tikilmiş, dekorativ işıqlanma sistemi qurulmuş, yaşıllaşma aparılmış, Qələbə  parkında görələcək işlərin məlumatını bildirən manitor yerləşdirilmişdir.

Şəhər mərkəzində nəqliyyat vasitələrinin intensivliyini azaltmaq məqsədi ilə dəmir yol vağzalından Bakı prospektinə qədər uzunluğu 2500 m olan, uzun illərdən bəri istifadəsiz və bərbad olmuş M.Ə.Sabir küçəsi yenidən tikilmiş, əraziyə 1500 m3 torpaq daşınmış, 10150 m2 asfalt örtüyü döşənmiş, sahəsi 2600 m2 olan yeni avtodayancaq düzəldilib istifadəyə verilmişdir. İndi bu rahat yolla hər gün yüzlərlə nəqliyyat vasitəsi maneəsiz hərəkət edir.

Bu prosesi daha da  inkişaf etdirmək üçün ümumi uzunluğu 5 km-dən çox 5 alternativ küçələr müəyyənləşdirilmiş, yolların açılması üçün araşdırmalar aparılır. 

İndi rayon ərazisi böyük tikinti meydanına çevirilmiş, rayonun tarixində görülməmiş həcmində geniş tikinti, abadlıq işləri aparılır.

Ulu Öndər Heydər Əliyevin əvəzedilməz irsinin daha mükəmməl öyrənilməsi, onların gənc nəsilə yetərincə aşılanmsı, gələcək nəsillərə layiqincə ötürülməsi məqsədi ilə ən müasir layihəyə əsasən Heydər Əliyev  mərkəzi 3 dəfədən artıq  böyüdülməklə yenidən tikilir. Bu möhtəşəm binada müxtəlif dərnəklər, internet klublar, kinozal, ekspozisiya və müşavirə zalları nəzərdə tutulmuşdur.

Böyük əminliklə və qururla deyə bilərik ki, bu möhtəşəm saray kürdəmirlilər üçün Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin simvolu olacaqdır.

Şəhərin X.İslamzadə küçəsi 2 dəfədən çox genişləndirilmiş, bənzəri olmayan yeni əyani təşviqat vasitəsi kompleksi qurulur, ikitərəfli səki çəkilir, yeni işıqlanma sistemi quraşdırılır.

Gənc Heydərçilər parkı rekonstruksiya edilərək əsaslı təmir edilmiş,  yeni su, işıq və kanalizasiya xətti çəkilmiş 1745 m2 tamet döşənmiş . 450 m2 asfalt vurulmuş, 305 m2 ağlayla üzlənmə aparılmış,  2025 m2 fasad rənglənmiş, parkın giriş ərazisi  abadlaşdırılmış, küçə asfaltlanmış, yeni səkilər düzəldilərək, yaşıllıq zolağı salınmışdır.

Hazırda ərazisi 6.5 hektar olan  Heydər Parkında yeni layihəyə əsasən əsaslı tikinti işləri aparılır. Parkda yeni mini fəvvarə, çay evi  tikilmiş  üç ədəd yeni şahmat stolları quraşdırılmış, 3 ədəd söhbətgah tikilmiş, əraziyə 1000 m3 çox torpaq daşınmış mexaniki suvarma sistemi qurulmuş, hal-hazırda işlər davam etdirilir.

Parkda dövlətçilik tariximizi əks etdirən manomnentlər, dövlət tarixi muzeyi, əhalinin bütün sosial kataqoriyalarının istirahəti üçün bölmələr, müxtəlif attraksionlar, fəvvalər nəzərdə tutulmuşdur.

        Qeyd olunmalıdır ki, rayonun daxili imkanları hesabına görülmüş abadlıq və quruculuq işlərinə 1 milyon manatdan artıq vəsait xərclənmişdir.

Ərazi icra nümayəndəliklərində nümayəndəliyin inzibati binalarının təmirinə 57946 manatlıq təmir işləri görülmüşdür.

        Əhali məşğulluğunun etibarlı təminatı və artan sosial tələblərin həlli istiqamətində Kürdəmir Süd Emalı zavodunun tikintisində son tamamlama, abadlıq işləri yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda sutkalıq 30 ton süd məhsulu emal edəcək zavodda 150-dən artıq sakinin işlə təmin olunması gözlənilir.

        Şəhərimizə xüsusi gözəllik verən, müasir dizayn və işıqlanma sistemi ilə təhciz olunmuş Rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin yeni inzibati binalarının tikintisi başa çatdırılmış və yaxın günlərdə istifadəyə veriləcəkdir.

        Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli yaşayış binasının dam örtüyünün müasir üslubda yenidən qurulması memarlıq baxımından şəhərimizə yaraşıq verməklə sakinlərin mənzil şəraitinin yaxşılaşmasına xidmət edəcək və digər binaların da həmin formada təmir edilməsi  üçün nümunə olacaqdır.

        Rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti şöbəsi yeni inşa edilən obyektlərin vaxtında və keyfiyyətlə istismara verilməsini, şəhər ərazisində, magistral yolun kənarlarında mövcud sahibkar obyektlərin müasir daşlarla üzlənməsini təmin etmək üçün bütün lazımi tədbirləri görməlidir.

        2010-cu ilin aprel-may aylarında Kür çayında suyun səviyyəsinin həddindən çox qalxması və həmçinin yağan güclü leysan yağışları nəticəsində fərdi yaşayış evlərinə dəymiş ciddi ziyanlıqlar aradan qaldırılmaq üzrədir.

         Belə ki, rayonda FHN tərəfindən qəzalı olduğu müəyyən edilmiş 533 yeni fərdi evlərin tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, 3 yeni evin tikintisi isə başa çatmaq üzrədir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 07 mart 2012-ci il 2081 saylı Sərəncamı ilə 13 kəndi birləşdirən, əhalisi 14 min nəfərdən çox, uzunluğu 28 km olan Mollakənd-Axtaçı-Öyləqulu yolunun tikintisi üçün ayrılmış 3 milyon manat vəsait hesabına smetaya uyğun 11,7 km-i asfalt-beton örtüyü ilə tikilmiş, qalan hissəsinin tikilməsinə vəsait ayrılmış, yolun çəkilişinə yaxın günlərdə başlanılacaqdır.

Regionların  sosial-iqtisadi  inkişafı Dövlət Proqramına uyğun olaraq  rayon ərazisində magistral, rayonlararası və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması və  təmiri   sahəsində  müəyyən  işlər   görülsə də, bu xidmət sahəsinin fəaliyyətində nöqsan və çatışmamazlıqlar qalmaqdadır.

Belə ki, şəhərin əksər küçələrində asfalt örtüyü sıradan çıxmış, bir çox kənd yolları istismara yararsız vəziyyətə düşmüşdür. 

Kürdəmir-Mollakənd avtomagistralının 16,2 km-ri, Kəngərli-İsmayıllı kənd yolunun 10 km-ri, Karrar-Garıs Əyribənd-Bağman kənd yolunun 14 km-ri, Təklə kənd yolunun 8 km-ri, Sığırlı-Ərəbqubalı kənd yolunun 11 km-ri, Pirili kənd yolunun 12 km-ri, Şilyan-Qarasu kənd yolunun 20 km-ri,  bu kəndləri avtomagistrala birləşdirən baş yollar istismara yararsız vəziyyətdədir. Bu yolların çəkilişi 2014-2018-ci illərin Dövlət Proqramında nəzərdə tutulmuşdur. 

          Hörmətli yığıncaq iştirakçıları!

Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur.

         Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamlarına əsasən 220 şagird yerlik Xırdapay və Sor-Sor, 80 şagird yerlik Qarabucaq, 180 şagird yerlik Qarasaqqal kənd tam əsas məktəblərinin tikintisi, 1 və 3 saylı uşaq bağçası körpələr evləri rekonstruksiya və əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilmişdir.

         Hazırda ümumi şagird yeri 1660 olan 6 kənddə (Sığırlı, Şilyan, Cəyli, Köhünlü, Qaramahmudlu, Xəlsə) yeni məktəb binalarının tikintisi aparılır.

         Nazirlər Kabinetinin işçi qrupu tərəfindən 34 məktəb, 9 uşaq baxçası körpələr evində moritorinq aparılaraq qəzalı və istismara az yararlı tədris müəssisələri müəyyən edilərək tədbir görülməsi üçün müvafiq sənədləşrmə işləri aparılmışdır.

2012-ci tədris ilində 207 şagird ali, 130 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar ki, bu da ötən ilki göstəricidən çoxdur.

Əldə edilmiş nailiyyətlərlə yanaşı hələ də bu sahədə nöqsanlar qalmaqdadır.

Bir sıra məktəblərdə şagirdlərin bilikləri aşağı səviyyədədir. Məhz onun nəticəsidir ki, Xl sinfi bitirən şagirdlərdən bir nəfər belə ali məktəblərə qəbul olunmur. Kənd məktəblərinin inventar və avadanlıqla təchizatı aşağı səviyyədədir. İxtisaslı fənn müəllimləri çatışmadığından tədris qeyri ixtisas müəllimləri tərəfindən tədris olunur.

Rayonun Axtaçı, Sığırlı, kənd orta məktəblərində şagirdlərin məsafə uzaqlığına görə, xüsusi ilə yuxarı siniflərdə oxuyan qizların dərsə davamiyyəti  qüsurludur.

Kənd məktəblərinin bir çoxunda sadə idman qurğuları, ibtidai hərbi hazirliq fənləri üzrə çöl məşğələlərin aparılması məqsədi ilə təlim sahəsi yoxdur və bu səbəbdən də bir çox məktəblər hərbi idman oyunlarında, idmanın ayrı-ayrı növləri üzrə yarışlarda təmsil olunmurlar və ya çox zəif nəticələr göstərirlər.


      Bu çatışmamazlıqları aradan qaldırmaq üçün rayon icra hakimiyyətinin təşəbbüsü ilə Köhnəbazar kənd tam orta məktəbində ilk dəfə
olaraq məktəblilərin hərbi hazırlıq və idman mərkəzi tikilmişdir. Bu mütərəqqi tədbir müharibə şəraitində yaşayan Azərbaycan dövlətinin qorunmasına, şagirdlərin məktəb illəri ərzində hərtərəfli yetişməsinə xidmət edəcəkdir. Belə vətənpərvər tədbir rayonun bütün məktəblərinə sirayət etməlidir.

Ona görə də rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi rayon Təhsil şöbəsinin rəhbərliyi ilə qeyd olunan nöqsanlardan ciddi nəticə çıxarmalı, ümumtəhsil məktəbləri rəhbərlərinin məsuliyyətini artırmaqla tədrisin keyfiyyətinin yüksəldilməsinə, gənc nəslin sağlam, savadlı və vətənpərvər vətəndaş kimi tərbiyə olunmasına, daima şagirdlərin məktəbli geyimləri ilə məktəbə gəlmələrinə nail olmalıdır.

MRX-nin əsas binasında Regionların Sosial iqtisadi inkişafı Dövlət Proqramına əsasən rekonstruksiya və əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir.

       Rayon səhiyyə sistemində əldə olunmuş nailiyyətlərlə yanaşı bir sıra nöqsanlar yenə də qalmaqdadır.

Karrar kənd xəstəxanası istismar müddətini başa vurduğu üçün xəstəxananın yeni binasının tikintisinə ehtiyac vardır. Rayonun 35 kəndində həkim və tibb məntəqələrinin inzibati binaları olmadığından fəaliyyətlərini evlərdə göstərirlər, texniki təhcizat günün tələbləri səviyyəsində deyil, səhiyyə müəssisələri ixtisaslı həkim və orta tibb işçiləri ilə tam təmin olunmadığından əhaliyə tibbi xidmət aşağı səviyyədə göstərilir, ayrılan tibbi dərman peraparatları təlabatı ödəmir, bu da rayon mərkəzindən uzaqda yaşayan sakinlərin narazılığına səbəb olur.

Əsasən pediatır, akuşer-ginekoloq, travmatoloq, anestezioloq-reanimatoloq, terapeft kadrlarına kəskin ehtiyac vardır.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinə qeyd olunan nöqsanların aradan qaldırılması üçün Mərkəzi Rayon Xəstəxanasının Baş Həkimi ilə göstərilən nöqsanların aradan qaldırılmasına nail olunması üçün konkret tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən infeksion-yolxucu xəstəliklərin qarşısının alınması, xəstəliklərin yaranma mənbələrinin aşkar edilməsi və ərazilərdə sanitar-profilaktik tədbirlər keşirilməsi işi gücləndirilsədə, fəaliyyətində ciddi nöqsan və çatışmamazlıqlar qalmaqdadır.

Belə ki, hələ də səkilərdə və sanitariya qaydalarına uyğun olmayan yerlərdə ticarət aparılır, rayonun müxtəlif ərazilərində fəaliyyət göstərən iaişə və ticarət obyektlərində GEM tərəfindən sanitar yoxlamalar səthi keçirilir, antisanitar vəziyyətdə fəaliyyət göstərən obyeklər barəsində ciddi qərar az qəbul edilir.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Baytarlıq idarəsinin rəhbərliyi rayon əhalisinin yolxucu xəstəliklərdən müdafiə olunması istiqamətində sanitar nəzarəti gücləndirməklə, əhalinin maarifləndirilməsi məqsədi ilə seminarlar və profilaktik tədbirlər keçirilməsini diqqət mərkəzində saxlamalı, göstərilən nöqsanlardan  nəticə çıxarmalıdırlar.

Rayonda maddi və mədəni irsin qorunması və inkişaf etdirilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilmişdir.

Gənc Heydərçilər parkında hər həftə bölgələr üzrə özfəaliyyət kollektivlərinin maraqlı konsert proqramları ilə çıxış etmələri rayon ictimaiyyəti arasında böyuk marağa səbəb olmuşdur. Bu ənənə mütamadi olaraq davam etdirilməlidir.

Rayon Mədəniyyət və Turizm şöbəsinin fəaliyyətində bir sıra nöqsan və çatışmamazlıqlar qalmaqdadır.

Mədəniyyət müəssisələrinin əksəriyyət hissəsi keçmiş kolxoz və sovxozlardan qalma klub və diğər uyğunlaşdırılmış binalarda yerləşir.Rayon Uşaq İncəsənət məktəbinin tikintisinə, rayon Mədəniyyət Evinin və “Nizami” adına kino teatırın əsaslı şəkildə yenidən qurulmasına ehtiyac vardır.

Ona görə də, rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsi rayon Təhsil və Səhiyyə şöbələrinin rəhbərliyi ilə qeyd olunan nöqsanların aradan qaldırılması üçün təbirlər hazırlamalı, ümumtəhsil məktəbləri rəhbərlərinin məsuliyyətini artırmaqla tədrisin keyfiyyətinin yüksəldilməsinə, gənc nəslin sağlam, savadlı və vətənpərvər vətəndaş kimi tərbiyə olunmasına nail olmalıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərancamı ilə 2012-ci il “İdman ili” elan edilmişdir.

Keçən ilin sonunda Avropa Olimpiya Komitəsinin Baş Məclisində birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu Azərbaycanda son illərdə görülən işlərin təzahürüdür, beynəlxalq imicimizin yüksək səviyyədə olmasının əlamətidir. Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi tanınmasının nəticəsidir. Bütün zəruri tədbirlər görüləcək və Avropa Olimpiya Oyunları ən yüksək səviyyədə, Beynəlxalq Olimpiya Oyunları səviyyəsində keçiriləcəkdir.

Ümumilikdə qeyd etmək lazımdır ki, rayonumuzun idmançıları idmanın ayrı-ayrı növləri üzrə keçirilən turnirlərdə yüksək nəticələr göstərmişlər.

Rayonda yeniyetmələrin və gənclərin fiziki hazırlığının artırılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində rayon Gənclər, İdman idarəsi və Kürdəmir Olimpiya İdman Kompleksi tərəfindən il ərzində bir sıra sil-silə tədbirlər həyata keçirilmişdir.

Belə ki, yeniyetmələr və gənclər arasında “Şəhidlər unudulmur”, “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Xocalı faciəsi qan yaddaşımızdır” mövzularında inşa yazı müsabiqələri təşkil edilərək keçirilmişdir.

Kürdəmir Olimpiya İdman Kompleksində idmanın mini futbol, stolüstü tennis,Yunan-Roma güləşi, voleybol növləri üzrə rayon birincilikləri, mərkəzi rayon stadionunda “Cəsurlar” hərbi idman və turizm, “Şahin” hərbi idman oyunları, idmanın futbol növü üzrə rayon birinciliyi təşkil olunaraq keçirilmiş, qaliblər müəyyən edilərək mükafatlandırılmışlar.

Müxtəlif idman növləri üzrə rayon idmançıları fərdi və ya komanda halında zona və Respublika yarışlarnda da fəal iştirak etmişlər. Belə ki, idmanın şahmat növü üzrə Ağcabədi rayonunda keçirilən Respublika turnirində 1 nəfər, Bakı şəhərində keçirilən idmanın Yunan-Roma güləş növü üzrə gənclər arasında Azərbaycan birinciliyində 5 nəfər idmançımız qalib olmuş, Biləsuvar rayonunda idmanın voleybol növü üzrə kişilərdən ibarət Respublika çempionatının zona yarışlarında, Bakı şəhərində Yunan Roma güləş növü üzrə yeniyetmələr arasında Respublika turnirində idmançılarımız fəal iştirak etmişlər.    
 
Gənc idmançılarımızın az müddət ərzində qazandıqları uğurlar bizi sevindirir və əminlik yaradır ki, yaxın gələcəkdə Bayrağımızı Olimpiadalarda, Dünya və Avropa çempionatlarında dalğalandıracaq, Kürdəmir idmançılarını görəcəyimiz gün uzaqda deyil.

Ölkə Prezidentinin gənc nəslin sağlam yetişməsinə göstərdiyi böyük qayğısının təzahürü olan “Kürdəmir Olimpiya İdman Kompleksi”-nin, 2000 yerlik şəhər stadionunun tikilib istifadəyə verilməsinə rayon  gəncləri öz uğurları ilə cavab verməlidirlər.
        
Gənclərimizin Milli Ordu sıralarına hərbi xidmətə göndərilməsi bayram əhval ruhiyyəsində təşkil olunur, bayram və tarixi günlərdə hərbi hissələrdə konsert proqramları təşkil edilmiş, əsgərlərə ərzaq sövqatları paylanmış, hərbi hissələrə müxtəlif çeşiddə tikinti materialları ilə köməklik göstərilmişdir.

Rayon İcra Hakimiyyəti Başçısının hami köməkliyi nəticəsində “Gənclər Evi”nin inventar-avadanlıqla təchiz olunmasına nail olunmuşdur.

Gənclərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə rayonda gənc ailələrə sahibkarların vəsaiti hesabına çoxmərtəbəli yaşayış binasının tikintisi 2014-2018-ci illərin Dövlət Proqramında nəzərdə tutulmuşdur.

Gənclər evində gənclərin asudə vaxtının səmərəli təşkili, elmi-dünya görüşünün artırılması, xarici dillərin öyrənilməsi istiqamətində müxtəlif tədbirlər keçirilir. Belə ki, hazırda 1 ingilis dili, 2 kompüter kursu fəaliyyət göstərir. Qeyd olunmalıdır ki, əvvəlki aylarda həmin sahələr üzrə təşkil olunmuş kursları müdavimlər başa vurmuş və onlara, sertifikatlar təqdim edilmişdir.

Gənclərin işguzar fikir və təcrübə mübadiləsi aparılması istiqamətində “Gənc sahibkarlar”, “Gənc idmançılar”, “Gənc həkimlər”, “Gənc müəllimlər” bölmələri təşkil olunmuşdur.

Rayonumuzda məskunlaşmış məcburi köçkünləri himayəyə götürən Respublika Ədliyyə Nazirliyinin kollektivi hər il olduğu kimi 2012-ci ildə də bayram ərəfələrində məcburi köçkünlərlə görüşlər keçirmiş, 560 ailəyə 52528 manat dəyərində bayram sovqatları paylamışlar.

Rayon İcra Hakimiyyətinin vəsaiti hesabına 15 qaçqın və məcburi köçkün ailəsinə hüzr mərasimlərinin keçirilməsi məqsədi ilə 1010 manat məbləğində maddi köməklik göstərilmişdir.

Dövlətqaçqınkomun xətti ilə rayonumuzda məskunlaşmış məcburi  köçkün ailələrinə payız-qış  mövsümündə  yanacaq  yardımı  paylanılmışdır.

Görülmüş məqsədyönlü tədbirlərin   nəticəsidir ki, 2012-ci illdə  əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini  gücləndirmək  sahəsində Azərbaycan Respublikası  Prezidentinin Fərman və  Sərəncamlarının  hökümət  qərarlarının  yerinə  yetirilməsi  sahəsində Dövlət  Sosial Müdafiə  Fondu  Kürdəmir  rayon  şöbəsi,  Kürdəmir rayon  Əhalinin  Sosial  Müdafiəsi  Mərkəzi  müəyyən  işlər  görmüşlər.
Əhalinin  Sosial  Müdafiəsi  Mərkəzi  rayon şöbəsi 2012-ci ildə  Mərkəz üzrə 2133 nəfərə sosial müavinət, 1679 nəfərə uşağın doğulmasına görə birdəfəlik müavinət, ÇAES qəzası nəticəsində əlil olmuş 15 nəfərə hər birinə ildə bir dəfə müalicə üçün 176,00 manat məbləğində birdəfəlik müavinət, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə minimum əmək haqqının 4 misli məbləğində olmaqla birdəfəlik pul müavinəti, dəfn üçün birdəfəlik müavinət 17 nəfərə, 116 nəfər Şəhid ailəsinə hər bir şəhid üçün aylıq məbləği 165,00 manat olmaqla Prezident təqaüdü, 1 nəfər Milli Qəhrəmanın ailəsinə aylıq məbləği 600,00 manat olmaqla Prezident təqaüdü, 93 nəfər müharibə əlillərinə - aylıq məbləği I qrup əlillərə 99,00 manat, II qrup əlillərə 77,00 manat, III qrup əlillərə 55,00 manat Prezident təqaüdü ödənilmişdir.
Dövlət  Sosial Müdafiə  Fondu  Kürdəmir  rayon  şöbəsində orta pensiya rayon üzrə 140,32 manata çatmışdır. 2012-ci ildə Kürdəmir rayonunda 358 nəfərə pensiya təyin edilmiş, 50234,1 manat vəsait xərclənmişdir. Rayonda ümumilikdə 13356 nəfər pensiyaçı pensiyalarını plastik kartlarla bankomatlardan alırlar. Rayon ərazisində 8 bankomat fəaliyyət göstərir və əlavə 2 bankomatın quraşdırılması üçün tərəfimizdən tədbirlər görülmüş, yaxın günlərdə bankomantlar müvafiq yerlərdə quraşdırılacaqdır.

Ümummilli Lider Heydər Əliyevin yaratdığı, Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən-dövlətçilik siyasətinin əsasını təşkil edən möhkəm dövlət intizamı və qanunçuluğa söykənən iş prinsipi, səmərəli idarəetmə mexanizmi, bütün strukturların sıx, qarşılıqlı əlaqəsi rayonumuzda tam təmin olunmuşdur.

Dövlətçilik və müstəqillik mövqeyində dayanan rayonun hüquq-mühafizə orqanları vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlığa qarşı mübarizə və ictimai-siyasi asayişin qorunması sahəsində ardıcıl olaraq iş aparmışlar.

2012-ci ildə 187, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 cinayət hadisəsi çox qeydə alınmışdır.

Baş vermiş cinayət hadisələrinin 89 faizinin açılması təmin edilmişdir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində bir sıra əməliyyat-profilaktiki tədbirlər həyata keçirilərək, 10 cinayət hadisəsi aşkarlanmışdır ki, bu da ötən eyni dövrü ilə müqayisədə 1 cinayət hadisəsi azdır.

Rayonun hüquq mühafizə orqanları cinayətkarlıq və hüquq pozuntularına qarşı bundan sonra da ardıcıl və ciddi tədbirləri davam etdirməlidirlər.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tam ciddiliyi ilə davam etdirilməli, bu məqsədlə rayonda sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin yaradılması, əsassız yoxlamalara son qoyulması, vətəndaşların qəbulu, müraciətlərinə baxılması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin səmərəliyinin arttırılması üçün  müvafiq komissiya fəaliyyətini gücləndirməli, neqativ halları ifşa etməlidir.

2012-ci ildə rayon İcra Hakimiyyəti Başçısı tərəfindən rayonun bütün kəndlərində hüquq-mühafizə orqanları rəhbərlərinin, aidiyyatı xidmət təşkilatları rəhbərlərinin iştirakları ilə səyyar görüşlər keçirilmiş, yerli əhalinin problemləri hərtərəfli araşdırılaraq aidiyyatı rəhbər şəxslərə müvafiq göstərişlər verilərək operativ həll olunması nəzarətdə saxlanılmışdır.


Qeyd etmək lazımdır ki, 06.01.2012-ci il tarixdən 27.12.2012-ci il tarixədək  rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 40 görüş keçirilmiş, görüşlərdə 247 məsələ qaldırılmışdır. Qaldırılan məsələlərin 25-i rayon Fövqəladə Hallar Komissiyasında qeydiyyata alınmış, 16 məsələ rayon İcra Hakimiyyəti Başçısı Aparatının Aqrar məsələlər şöbəsinə tapşırılmış, 6 məsələ ilə bağlı rayon Məşğulluq Mərkəzinə müraciət etməsi tövsiyyə olunmuş, 64 məsələ rayonun sosial-iqtisadi inkişafı proqramına salınmış, 136 məsələ isə öz müsbət həllini tapmışdır.


2012-ci ildə rayon İcra Hakimiyyəti Başçısı Aparatında və səyyar qəbullarda 2242 nəfər vətəndaş qəbul edilmişdir ki, onlardan 1455 nəfəri rayon İcra Hakimiyyəti Başçısı tərəfindən fərdi qaydada, 259 nəfəri yerlərdə keçirilən səyyar qəbullar zamanı fərdi qaydada qəbul edilmiş, mümkün köməkliklər göstərilmişdir.


Rayon İcra Hakimiyyəti Başçısı Aparatına 2012-ci ildə 2144 ədəd vətəndaşların müraciəti daxil olmuşdur. Daxil olmuş müraciətlərin 785 ədədi  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 41 ədədi Milli Məclisdən, 40 ədədi Nazirlər Kabinetindən, 329 ədədi digər yuxarı Respublika təşkilatlarından, 949 ədədi isə bilavasitə vətəndaşlar tərəfindən göndərilmiş ərizə və şikayətlərdir.


Müraciətlərin sayının artması əsasən yeni evlərin tikintisi ilə əlaqədar köməkliklərin göstərilməsi ilə bağlıdır.

        Hörmətli yığıncaq iştirakçıları!

Müstəqil Azərbaycan Dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətləri, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin Beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhvələr vermiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinin tədbirlər planına əsasən rayonumuzda layiqincə keçirilməsi məqsədi ilə elmi praktik konfransların, müsabiqələrin, musiqi festivallarının, sərgilərin və idman yarışlarının, inşa-yazı müsabiqələrinin, konsert proqramlarının, ağacəkmə kompaniyasının, yeni məktəb binalarının açılışlarının, “Gül” bayramının və sair tədbirlərin rayonumuzda yüksək səviyyədə keçirilmçəsi nəzərdə tutulmuşdur.

        Hörmətli yığıncaq iştirakçıları!

Bu il Prezident seçkiləri ilidir. Odur ki, bizim hər birimiz öz fəaliyyətimizlə, davranışlarımızla nümunə göstərməli, seçki məcəlləsinin tələblərindən irəli gələn vəzifələrin, qanun çərçivəsində həyata keçirilməsini təmin etməliyik.

Qarşımızda mühüm vəzifələr durur. Dövlət Proqramının layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, abadliq-quruculuq işlərinin tempini daha da surətləndirməli,  yeni emal və sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparmalıyıq.

Başladığımız iri həcmli və çox miqyaslı quruculuq işlərində hər kürdəmirlinin iştirakını təmin etməklə rayonumuzu ölkəmizin çiçəklənən bölgəsinə çevirməliyik. Bu yolda hər birinizə uğurlar diləyirəm.

 

Keçidlər