Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

26 yanvar 2018 | 16:00

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri respublikamızın şəhər və rayonlarında vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Kürdəmir rayon Heydər Əliyev Mərkəzində Kürdəmir, İmişli, Ucar, Zərdab, Ağdaş və Göyçay rayonlarından olan 12 nəfərdən çox vətəndaşı qəbul edib.

Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib. Qəbula gələnlər əsasən qadın sahibkarlara kömək, əlil uşaqların müalicəsi, erkən nikah və boşanmaların yaratdığı problemlər, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi barədə müraciət ediblər.

Müraciətlərin bir qismi yerindəcə həll olunub. Araşdırılmağa ehtiyac olan bir sıra müraciətlər isə qeydiyyata götürülüb və operativ həlli üçün konkret tapşırıqlar verilib.

Komitənin səlahiyyətlərinə aid olmayan bəzi müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Keçidlər