Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilib

26 yanvar 2018 | 16:00

Yanvarın 26-da rayon İcra Hakimiyyətinin akt zalında Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun iştirakı ilə Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilib.
Tədbirdə hesabat  məruzəsi ilə çıxış edən  Kürdəmir  şəhər  inzibati  ərazi nümayəndəsi   İlqar  Salmanov  2017-ci  ildə  görülən  işlər  və  2018-ci ildə qarşıda  duran   vəzifələr   barədə  yığıncaq   iştirakçılarına   ətraflı  məlumat  verdi. Məruzədə  qeyd  olunub ki, hesabat   ilində  rayonda  tikinti , quruculuq  və abadlıq   işləri  geniş vüsət  almış , şəhərin   küçə   meydanlarının   abadlaşdırılması  ilə  bağlı  təxirə salınmaz tədbirlər gerçəkləşdirilmişdir.
Daha sonra Kürdəmir şəhər  bələdiyyəsinin sədr müavini  Məzahir Qasımov, Kürdəmir  rayon  Kommunal  Müəssisələri  Kombinatının  direktoru Emil Sadıqov, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov, şəhər sakini Vaqif Əzizov və başqaları çıxış edərək dövlətimizin  başçısının   regionların   sosial-iqtisadi   inkişafı  istiqamətində həyata keçirdiyi işlərdən  razı qaldıqlarını, rayonlarda,  qəsəbə və  kəndlərdə  aparılan  quruculuq işlərini bəyəndiklərini bildiriblər.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək diqqəti 2018-ci ilin yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasa çəkdi. O qeyd etdi ki, ölkəmizdə cənab prezidentin rəhbərliyi ilə mühüm addımlar atılıb, dünyada iqtisadi problemlərin mövcud olduğu vaxtda bu problemlər Azərbaycandan yan keçib, ölkəmiz öz iqtisadi gücünü nümayiş etdirərək  qarşıda  duran  vəzifələri  uğurla həyata keçiribdir. Rayon rəhbəri 2017-ci ildə şəhərin sosial-iqtisadi sahəsində görülmüş işləri geniş şərh edərək 2018-ci ildə həyata keçiriləsi layihələr barədə ətraflı məlumat verdi. Ceyhun Cəfərov  qeyd etdi ki, 2017-ci ildə şəhər ərazisində xeyli işlər görülmüş, irimiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir. O bildirdi ki, dövlət başçısının  bütün  tövsiyyə və  tapşırlıqları rayon rəhbərliyi tərəfindən uğurla icra olunur, şəhər sakinləri öz fədakar əməyi ilə dövlətimizə və dövlətçiliyimizə sədaqətini nümayiş etdirirlər. Möhtərəm Prezidentimizin  rayonumuza  göstərdiyi  qayğı və diqqət, aparılan  sistemli iş, inkişafın  yeni  hədəflərinin  müəyyən   edilməsi  onu   deməyə  əsas  verir ki, 2018-ci ildə  nailiyyətlərimiz  daha da artacaq, şəhərimiz  daha  da  abadlaşacaq,  əhalinin rifah halı gündən-günə yüksələcəkdir.
Tədbirdə mövcud problemlərdən danışılıb, sakinləri maraqlandıran suallar cavablandırılıb, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq təkliflər verilib.

Keçidlər