Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə keçən il 2038 daimi iş yeri açılıb

23 yanvar 2018 | 16:00

Kürdəmir rayonunda ötən il 2038-i daimi olmaqla, 2083 yeni iş yeri açılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında bölgə üçün görüləcək işlərin həyata keçirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi bölgədə təzə iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına şərait yaradır.

Yola saldığımız ildə daimi iş yerlərinin 126-sı fəaliyyəti bərpa edilən müəssisə və təşkilatlarda, 92-si mövcud müəssisə və təşkilatlarda, 41-i yeni yaradılan müəssisələrdə açılıb, 1779-u isə fiziki şəxslər tərəfindən yaradılıb .

Qeyd edək ki, təkcə keçən il rayonda 4 aqropark yaradılıb ki, bu yerlərdə 200 nəfərdən çox işçi çalışır. Ötən il qurulan 2 hektar istixana təsərrüfatında da 60 nəfərədək insan işləyir.

Keçidlər