Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə dondurma şumu çıxarılır

22 yanvar 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq Kürdəmir rayonunda ixrac yönümlü məhsullardan olan pambıqçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər görülür və hazırda rayonda yüksək məhsuldarlıq əldə etmək üçün mühüm aqrotexniki tədbirlərdən biri olan dondurma şumu çıxarılır.
Rayonda artıq 3000 hektardan çox sahədə dondurma şumu çıxarılıb və bu iş davam etdirilir. Hazırda hər gün sahələrdə 25-dən çox şum traktoru işləyir. Daha çox pambıq əkiləcək Qarasu, Qarasaqqal, Qocalı, Ərəbqubalı və bir sıra digər ərazi vahidlərində bu iş sürətlə, daha mütəşəkkil davam etdirilir.
Qeyd edək ki, ötən il rayonda 4027 hektarda pambıq əkilmişdi və indiyədək sahələrdən 5000 tona yaxın məhsul yığılıb. Cari mövsümdə əkin sahələrinin 1000 hektar artırılacağı nəzərdə tutulur. Hələlik pambıq əkiləcək 4000 hektardan çox sahə üzrə 185 nəfər sahibkarla müqavilələr imzalanıb. Artıq qış aratına başlanılıb.

Keçidlər