Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirin təhsil işçiləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anmışlar

19 yanvar 2018 | 16:00

Yanvarın 19-da Kürdəmir Rayon Təhsil şöbəsində  20 Yanvar   faciəsi şəhidlərinin 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
        Tədbirdə  Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar  məsələlər  şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov,  Kürdəmir  Rayon Təhsil  Şöbəsinin   müdir  əvəzi  Natiq Tarverdiyev və təhsil işçiləri iştirak edirdilər.
Tədbir    iştirakçıları    əvvəlcə    faciə   qurbanlarının    əziz    xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.
        Tədbiri  giriş  sözü  ilə  açan  Kürdəmir  Rayon Təhsil Şöbəsinin  müdir əvəzi Natiq Tarverdiyev  20 Yanvar günü Azərbaycan xalqının  yaddaşında  qanlı  bir  səhifə  kimi  qalmaqla  bərabər, həm  də qürur günü kimi daxil olub. O, Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamın Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı döyüş hissələrinin yeridilməsi nəticəsində baş verdiyi qeyd etdi. Qanlı Yanvar hadisələrinə yalnız Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra tam siyasi hüquqi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib. Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov  20 Yanvar faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan da danışaraq bu hadisənin Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olduğunu qeyd edib.
Çıxışlarda 20 Yanvar faciəsinin xalqımızın azadlıq uğrunda mübarizə tarixinin şanlı səhifəsi olduğu, bu tarixin heç vaxt unudulmayacağı söylənilib.

Keçidlər