Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Kürdəmirdə heyvandarlıq üzrə bütün göstəricilər əvvəlki ildəkinə nisbətən artıb

08 yanvar 2018 | 16:00

Kürdəmir rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda ötən il uğurlu nəticələr əldə edilib.
Yola saldığımız 2017-ci ildə heyvandarlıq üzrə bütün göstəricilər əvvəlki ildəkinə nisbətən artıb. Bu artım neçə illərdi ki, davam etməkdədir. Keçən il diri çəkidə ət istehsalı 10 ton artaraq 9877 tona, süd istehsalı 48 ton artaraq 42 min 834 tona çatıb. Habelə yumurta istehsalı 46 min ədəd çoxalaraq 15 milyon 599 min ədəd, yun istehsalı isə 3,3 ton artaraq 225 ton olub.

Keçidlər