Heydər Əliyev Mərkəzinin tikinti-quruculuq işləri davam edir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Kürdəmir rayonunda geniş tikinti, abadlıq və quruculuq işləri davam etdirilir. Belə ki, Heydər Əliyev Mərkəzi yeni lahiyəyə əsasən rekonstruksiya edilməklə inşa olunur, “Heydər Əliyev Park” ında yenidənqurma və quruculuq işləri davam etdirilir, rayonunun Heydər Əliyev prospektində isə abadlıq və yenidənqurma işləri sürətlə davam etdirilir.
Heydər Əliyev Mərkəzi xalqımızın Ümumilli lideri, Müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əlirza oğlu Əliyevin siyasi irsini, həyat və fəaliyyətini öyrənmək, araşdırmaq, gələcək nəsillərə aşılamaq, onun memarı olduğu dövlətçilik ənənələrini yaşatmaq, inkişaf etdirmək və cəmiyyətimizin bütün sahələrində tətbiq olunmasına dəstək verməkdir.
Belə ki, mərkəzdə mütəmadi olaraq, tematik-təqvim proqramına və qrafikə uyğun Heydər Əliyevin bütün dövrlərdəki fəaliyyəti, şərəfli həyat, keçdiyi uğurlu yol haqqında orta, orta-ixtisas, ali məktəb şagird və tələbələrinin, elmi-tədqiqat, dövlət, bələdiyyə və özəl müəssisə işçilərinin, ictimai təşkilat və siyasi partiya təmsilçilərinin dinləyici olaraq iştirakı ilə mühazirələr təşkil ediləcəkdir.
Ulu öndər Heydər Əliyevin siyasi irsini, fəaliyyətini, qurduğu dövlətçilik ənənələrini öyrənmək və gələcək nəsillərə aşılamaq məqsədilə araşdırma və tədqiqatlar aparmaq və bu istiqamətdə çalışanlara hərtərəfli-informasiya kommunikasiya texnologiyaları (İKT), kitabxana, ədəbiyyat, muzey, eksponat və digər resurslarla təmin ediləcəkdir.
Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə, irsinə həsr olunan və eləcə də dövlət quruculuğuna, müasir inkişaf istiqamətlərimizə, ölkədə, regionda və beynəlxalq aləmdə aktual olan müxtəlif mövzularda dəyirmi masalar, diskussiyalar, elmi-praktik, elmi-nəzəri konfrans, seminar, təlim və digər tədbirlər keçiriləcək və Heydər Əliyevin irsinə, həyat və fəaliyyətinə aid sənədli kinofilmlər nümayiş etdiriləcək, sərgilər, müsabiqələr və yarışmalar təşkil ediləcəkdir.
Ulu öndərin irsini, həyat və fəaliyyətini əks etdirən müxtəlif nəşr materialları çap ediləçək və web-sayt (internet səhifəsi) yaradıb, Mərkəzin fəaliyyətini, Heydər Əliyevin siyasi irsini, fəaliyyətini beynəlxalq aləmə geniş şəkildə təqdim etmək və müxtəlif kateqoriyalardan olan insanların Heydər Əliyevin zəngin irsini, həyatını, bütün dövrlərdəki fəaliyyətini nümayiş etdirən muzeyə gəlişlərini təşkil etmək və eksponatlarla tanış ediləcəkdir.
Mərkəzin açılışı ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində olacaqdır.