Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayonun kənd və qəsəbələrində, yol kənarlarında yeni ağaclar əkilir.

10 fevral 2013 | 16:00

Kürdəmir rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayonun kənd və qəsəbələrində, yol kənarlarında yeni ağaclar əkilir, yaşıllıqlar salınır, əvvəllər əkilmiş ağaclara aqrotexniki qulluq göstərilir. Hər həftənin şənbə günlərində rayonun park və xiyabanlarında, yol kənarlarında, idarə və müəssisələrin həyətlərində yaşıllıqlar salınır və onlara lazımi qulluq gösətərilir. 2013-cü il 09 fevral tarixdə keçirilən növbəti iməclikdə rayonun bütün idarə, müəssisə və təşkilatları, təhsil, səhiyyə və mədniyyət işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları ağac əkini kompaniyasında iştirak etmişlər. Rayonun Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun hər iki tərəfində 2000-dən çox müxtəlif növ ağaclar, o cümlədən şam və küknar ağacları əkmişdir.İməçlikdə rayon sakinləridə çox fəal iştirak etmişlər.Belə ki, 600 nəfərdən çox rayon sakininin də iştirak etdiyi iməcilikdə əkilən ağaclara lazımi qulluq göstərilib və yeni ağaclar əkilmişdir.

Keçidlər