Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 1200 ton payızlıq kartof istehsal olunub

07 dekabr 2017 | 16:00

Kürdəmir rayonunda payızlıq kartof yığımı başa çatıb və sahələrdən 1200 ton məhsul götürülüb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildiriblər ki, payızlıq kartof əkini ilə əsasən Kürqırağı ərazilərin, o cümlədən Axtaçı, Mehdili, Muradxan və bir sıra digər ərazi vahidlərinin torpaq mülkiyyətçiləri məşğul olurlar. Bu yerlərdə xeyli vaxtdır ki, təkrar kartof əkilir və əkin sahələri ildən-ilə genişləndirilir. Cari mövsümdə 110 hektarda payızlıq kartof yetişdirilib ki, bu, ötən ildəkindən 18, inişilkindən isə 30 hektar çoxdur.

Qeyd edək ki, rayonda bu il 1119 hektar yazlıq kartof əkilmişdi və sahələrdən 13 min 595 ton məhsul götürülmüşdü.

Keçidlər