Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə indiyədək 40 min hektaradək sahədə taxıl əkilib

04 dekabr 2017 | 16:00

Kürdəmir rayonunda payızlıq taxıl əkini kampaniyası sürətlə davam edir və bu günədək 40 min hektaradək sahədə səpin aparılıb.
Hazırda taxıl əkini davam edir və hər gün sahələrə 30-dan çox səpin aqreqatı çıxarılır. Son illərdə, o cümlədən cari mövsümdə keyfiyyətli şum çıxarılması, habelə əkin üçün yüksək repreduksiyalı toxumlardan istifadə xüsusi diqqət mərkəzindədir.
Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, bu mühüm strateji kampaniyanın vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. Rayonun əksər ərazisində, xüsusilə Qarasaqqal, Köhünlü, Muradxan, Pirili, Ərəbqubalı, Qarasu və bir sıra digər ərazi vahidlərində səpin kampaniyası daha mütəşəkkil aparılır.
Qeyd edək ki, aqroparkların yaradılması, əkin üçün əlavə torpaq sahələrinin ayrılması nəticəsində cari mövsümdə payızlıq əkin sahələri xeyli artacaq. Belə ki, ötən payızda 39 min 360 hektarda səpin aparılmışdısa, bu mövsüm əkin sahələrinin 45 min hektara çatdırılacağı gözlənilir. Ötən mövsüm 80 min ton taxıl istehsal edən fermerlər və fiziki şəxslər düzgün aparılmış aqrotexniki qulluq nəticəsində gələn il taxıl istehsalını 2 dəfəyədək  artımağı qarşılarına məqsəd qoyublar.

Keçidlər