Kürdəmirdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Noyabrın 22-də rayonun Heydər Əliyev Mərkəzində Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakmiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və ədliyyə işçiləri iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib, abidəsi önünə gül dəstələri düzülüb. Sonra onlar Heydər Əliyev Mərkəzində olmaqla dahi rəhbərə həsr olunan guşələrə, foto-stendlərə maraqla tamaşa ediblər.
Kürdəmir Rayon İcra Hakmiyyətinin Başçısı Ceyhun Cəfərov peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini təbrik edib. O, Ulu öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunduğunu diqqətə çatdırıb, həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını diqqətə çatdırıb.
Digər çıxış edənlər də peşə bayramı münasibətilə ədliyyə orqanları əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıblar.