Kürdəmirdə Ağsaqqallar Şurasının yığıncağı keçirildi.
2013-cü ilin 06 fevral tarixində Kürdəmir rayon İcra Hakimiyyətinin akt zalında rayonun Ağsaqqallar Şurasının yıgıncağı keçirildi.
Yığıncaqda rayonun ayrı-ayrı bölgələrindən 105 nəfər nümayəndə iştirak etdi.
Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin ,Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın ,eləcədə hesabat dövründə vəfat etmiş ağsaqqalların əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
Yığıncağın gündəliyində 3 məsələ qoyulmuş ,1-ci məsələ rayon Ağsaqqallar Şurasının fəaliyyəti haqqında hesabat ,2-ci məsələ təşkilati məsələlər ,3-cü məsələ isə Azərbaycan Ağsaqqallar Şurasının qurultayına nümayəndə seçilməsi olmuşdur.
Rayon Ağsaqqallar Şurasının fəaliyyəti haqqında hesabatı rayon Ağsaqqallar Şurasının sədr müavini Vaqif Hacıyev fəaliyyət dövrü ərzində şuranın gördüyü işlər barədə geniş hesabat məruzəsi ilə çıxış etdi.
Hesabat məruzəsi ətrafında çıxış edənlərdən Sabir Novruzov, Gülməmməd Eyvazov,Ağaməhəmməd Hacıyev,Hacı Fizuli,Həbib İslamov və başqaları Respublikada gedən dinamik inkişafdan ,rayonumuzda aparılan geniş tikinti, abadlıq, quruculuq işlərindən razı qaldıqlarını, rayonda ağsaqqal sözünə böyük dəyər və önəm verildiyini bir daha vurğulamış, eyni zamanda son günlər respublikamızın bri neçə bölgəsində baş verən xoşagəlməz hadisələrdən narahatlıq keçirdiklərini diqqətə çatdırmış və hamını sapı özümüzdən olan baltaların fitnə-fəsadına, məkrli niyyətlərinə uymamağa çağırmışlar. Agsaqqallar bir daha rayonda aparılan abadlıq,quruculuq və yenidənqurma işlərinə görə Ölkə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.Rayon Ağsaqqalları hamılıqla Heydər Əliyev kursuna sadiq qalacaqlarını,bunu qarşıdan gələn Prezident seçkilərində ölkə Prezidenti cənab İlham Əliyevə səs verməklə sübut edəcəklərini bildirdilər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev Şuranın işindən razı qaldığını bildirdi və Şuranın işini qənaətbaxış hesab etdi.Rayon Başçısı öz çıxışında ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin Azərbaycan xalqının mütləq əksəriyyəti tərəfindən dəstəkləndiyini və yüksək qiymətləndirildiyini bildirdi. Hazırda ölkəmiz iqtisadi cəhətdən inkişaf etmiş, əhalinin sosial problemlərinin həlli istiqamətində ciddi addımlar atılmış, vətəndaşların həyatı əhəmiyyətli dərəcədə dəyişmiş,Respublikamız beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmişdir.Rayon rəhbəri ölkəmizdə əldə olunmuş uğurlara ,ğörülən işlərə kölgə salmaq istəyən hər bir hadisəni qətiyyətlə pislədi. Xalqımızın hansısa destruktiv qüvvələrin ölkəmizi öz inkişaf istiqamətindən döndərməyə, xaosa və özbaşınalığa sürükləməyinə imkan verməyəcəyini bildirdi.
Yığıncaqda Rüstəm Hüseynov yenidən rayon Ağsaqqallar Şurasının sədr seçildi.Respublika Ağsaqqallar Şurasının qurultayına isə Ayyət Nəsirov nümayyəndə seçildi.Bununlada tədbir sona yetdi.