Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

16 noyabr 2017 | 16:00

Noyabrın 16-da rayonun Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə  tədbir  keçirilib.
Tədbirdə  Kürdəmir Rayon İcra Hakmiyyətinin Başçısı Ceyhun Cəfərov,YAP rayon təşkilatının idarə heyəti və şura üzvləri, partiyanın veteran üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin  önünə gül dəstələri qoymuşlar.
Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli  tədbir  iştirakçılarını partiyanın yaranmasının 25 illik yubileyi  münasibətilə təbrik edərək  məruzə ilə çıxış etmişdir.  O, Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və partiyamızın cəmiyyətdə aparıcı rolundan  danışmışdır. Ağali Kərimli qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda –son dərəcə mürəkkəb, ağır dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bügünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı. Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir. Bu gün müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz  ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri  cənab İlham Əliyevin rəhbərliyi ilə  uğurlu gələcəyə doğru inamla addımlayır.
Tədbirdə  YAP-ın veteran   üzvləri  Qasım Hüseynov, Mehrab Abdurahmanov,  rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Hacıyeva, Rayon təşkilatının  idarə heyəti  üzvü  Vaqif  Alıyev, rayon təşkilatının  şura üzvü Məhəmməd Heydərli çıxış etmişlər. Natiqlər bildiriblər ki, Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın 25 il ərzində keçdiyi yol Yeni Azərbaycan Partiyasının şərəf  tarixi, şərəf salnaməsidir. Onlar Ümummilli Lider Heydər Əliyevin və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatların, yürüdülən daxili və xarici  siyasətin  xalqımızın  rifah   halının  daha  da yaxşılaşmasına,  dövlətçiliyimizi  daha da möhkəmləndirilməsinə zəmin yaratdığını diqqətə çatdırıblar.
       Tədbirdə Kürdəmir rayon İcra Hakmiyyətinini Başçısı Ceyhun Cəfərov çıxış edərək bildirmişdir ki, müstəqillimizin ilk vaxtlarında ölkədə yaranan ictimai-siyasi və hərbi durumda Azərbaycanın müstəqilliyini qorumaq, dövlət yaratmaq üçün siyasi partiya lazım idi.Belə taleyüklü, mövcudluğumuz sual altında olduğu  bir vaxtda siyasi partiyanın yaranması və formalaşması üçün  məhz Heydər Əliyev  böyüklüyü və dahiliyi lazım idi.Ulu Öndərin rəbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətdə öz layiqli yerini tutdu, cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi.YAP yaranmaqla Azərbaycan çətinliklərdən keçdi, inkişaf və tərəqqiyə qovuşdu. YAP ölkəmizin siyasi-sosial həyatında həmişə ön sırada olan söz sahibi, yeni cəmiyyət quruculuğunun hərəkətverici qüvvəsi, xalqımızın milli məfkurəsinin ideoloji bazası olmuşdur.Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olub.
Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim olunmuşdur.
Tədbirin yekununda rayonun  ictimai-siyasi həyatında fərqlənən partiyanın bir sıra fəal üzvlərinə  Fəxri Fərmanlar və qiymətli hədiyyələr  təqdim olunmuşdur.

Keçidlər