Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə Kürdəmirdə silsilə tədbirlər davam edir

10 noyabr 2017 | 16:00

        Yeni  Azərbaycan  Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə  partiyanın  Kürdəmir rayon  təşkilatı silsilə tədbirlər keçirməkdə davam edir.  Bu məqsədlə 10 noyabr 2017-ci il tarixdə  YAP Kürdəmir rayon təşkilatının qərargahında rayon təşkilatının Gənclər Birliyi “Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizi xoşbəxt  gələcəyə aparmaqdadır”  mövzusunda dəyirmi masa keçirmişdir.
        Öncə dəyirmi masa iştirakçıları rayon təşkilatının qərargahında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüblər.
        Dəyirmi masada  Yeni Azərbaycan Partiyası Kürdəmir  rayon təşkilatının sədri Ağali Kərimli, Gənclər Birliyinin Şura  üzvləri, fəal gənclər iştirak ediblər.
         Tədbiri  YAP Kürdəmir rayon təşkilatı aparatının baş məsləhətçisi,rayon təşkilatının şura üzvü  Məhəmməd Heydərli açaraq  tədbir  iştirakçılarını partiyanın yaranmasının 25 illik yubileyi  münasibətilə təbrik edərək  məruzə ilə çıxış etmişdir. Məhəmməd Heydərli məruzəsində bildirib ki, ciddi sınaqlardan üzüağ çıxmış Yeni Azərbaycan Partiyası   25 il ərzində təşəkkül tapıb, inkişaf edib, möhkəmlənib, ildən-ilə öz sıralarını genişləndirərək xalqın partiyasına çevrilib. Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi zəngin və şərəfli tarixə nəzər salan Məhəmməd Heydərli  bildirib ki, YAP 25 il ərzində çətin və şərəfli yollardan keçərək, bu gün Azərbaycanın ən güclü partiyası kimi formalaşıb. YAP ölkədə keçirilən bütün siyasi kampaniyalarda qələbə qazanır. Ümummilli Lider Heydər Əliyevin 25 il öncə uzaqgörənliklə qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Azərbaycan gəncliyinin alternativsiz lideri cənab  İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası gənclərimizin qarşısında xalqımıza, dövlətimizə, ölkəmizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur.
         Çıxışçılardan   Heydər Əliyev Mərkəzinin elmi işçisi Xəyyam Məlikov, şəhər 1  saylı tam orta məktəbin müəllimi  Günel  Cəfərova, ,  fəal gənc  Rauf  Abuşov  qədirbilən Azərbaycan  xalqının  Ulu Öndər Heydər Əliyev siyasi kursunu ölkənin davamlı inkişafının, bundan sonrakı uğurlarının, təminatlı gələcəyinin mühüm şərti olaraq dəyərləndirdiklərini, dövlətimizin başçısının qeyd etdiyi kimi, hər bir partiya üzvünün dahi rəhbərin ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əllərindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməli olduqlarını  bildiriblər.
        Sonda Yeni Azərbaycan Partiyası Kürdəmir  rayon təşkilatının sədri Ağali Kərimli bildirib ki, Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Bu izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır. Ağali Kərimli xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən möhtərəm Prezidentimiz,Yeni Azərbaycan Partiyasının Sədri  cənab İlham Əliyevin əzmkar fəaliyyətinin Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, günü-gündən sıraları durmadan genişlənən Yeni Azərbaycan Partiyasının  cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdiyini vurğulayaraq, onun güclü siyasi partiya kimi özünü təsdiqləməsini dövlətimizin başçısının yüksək liderlik keyfiyyətləri, böyük səriştəsi və zəngin təcrübəsi ilə şərtləndiyini söylədi.


 

Keçidlər