Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Kürdəmir rayon təşkilatının Qadınlar Şurasının təşkilatçılığı ilə “Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır” mövzusunda dəyirmi masa keçirildi

07 noyabr 2017 | 16:00

Yeni  Azərbaycan  Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə  partiyanın  Kürdəmir rayon  təşkilatı silsilə tədbirlər keçirməkdə davam edir.  Bu məqsədlə 07 noyabr 2017-ci il tarixdə  YAP Kürdəmir rayon təşkilatının qərargahında rayon təşkilatının Qadınlar Şurası  “Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır”  mövzusunda dəyirmi masa keçirmişdir.
        Öncə dəyirmi masa iştirakçıları rayon təşkilatının qərargahında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüblər.
        Tədbirdə  Yeni Azərbaycan Partiyası  Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli, Prezident Administrasiyasının  İctimai-siyasi məsələlər şöbəsinin  əməkdaşı  Camaləddin Quliyev, rayon İcra Hakimiyyətinin Başçısının  müavini Vəsilə Əsgərli,  rayon  Qadınlar Şurasının sədri Sevda Hacıyeva, Qadınlar Şurasının üzvləri və  fəal qadınlar iştirak etdilər.
        Tədbiri giriş sözü ilə YAP rayon təşkilatı  Qadınlar Şurasının sədri Sevda Hacıyeva  açaraq  tədbir  iştirakçılarını partiyanın yaranmasının 25 illik yubileyi  münasibətilə təbrik etmiş  və məruzə ilə çıxış etmişdir. Sevda Hacıyeva   məruzəsində partiyanın yaranma tarixindən, ötən 25 il ərzində görülən işlərdən danışıb. O, Yeni Azərbaycan Partiyasının yaranması və Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı haqqında tarixi arayış verdi. Bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması və Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqımızın yoluna işıq saçdı. Partiya müxalifət partiyası olaraq yaranmasına baxmayaraq qısa müddət ərzində xalqın inamını qazandı və iqtidar partiyasına çevrildi. Bununla da Azərbaycan dövləti və xalqı məhv olmaq təhlükəsindən xilas oldu. Sabit dövlətçilik ənənələri quruldu və müstəqilliyimiz daha da möhkəmləndirildi. Sevda Hacıyeva 1995-ci ildən Yeni Azərbaycan Partiyasının tərkibində Qadınlar Şurasının fəaliyyət göstərdiyini vurğulayaraq  partiyanın, eləcə də Azərbaycan dövlətinin həyata keçirdiyi qadın siyasətindən bəhs edib.O, bildirib ki,   harada yaşamasından asılı olmayaraq kürdəmirli qadınların bir məqsədi var: “Ulu Öndərimiz Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi üçün möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmək, respublikamızın, eləcə də rayonumuzun daha da çiçəklənməsi, gözəlləşməsi üçün səylə çalışmaq.”
        Görüşdə çıxış edən  Kürdəmir rayon rayon İcra Hakmiyyətinin Başçısının  müavini Vəsilə  Əsgərli ,   rayon təşkilatının şura üzvü , Uşaq –İncəsənət Məktəbinin direktoru  Qəndaf  Zülfüqarova,  rayon təşkilatının Qadınlar Şurasının üzvü, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsinin müdiri  Yaqut Əşrəfova  Yeni Azərbaycan Partiyasının  yaradılmasının 25  illik yubileyi münasibətilə öz təbriklərini çatdıraraq qeyd ediblər ki, qadınlar ölkədə hər bir sahədə təmsil olunurlar və öz fəaliyyətləri ilə fərqlənirlər.Bu işdə Yeni Azərbaycan Partiyası qadınlara çox böyük dəstək olur.
Daha sonra  Prezident Administrasiyasının  İctimai-siyasi məsələlər şöbəsinin   əməkdaşı Camaləddin Quliyev çıxış edərək bildirdi ki, müstəqil Azərbaycan dövlətinin quucusu ,Yeni Azərbaycan Partiyasının yaradıcısı  Ümummilli Liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliymizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan hər bir işi görmüşdür.  Ölkə rəhbəri cənab   İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  uğurlu siyasət  təkcə artıq tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır.
         Sonda  YAP  Kürdəmir  rayon  təşkilatının sədri  Ağali Kərimli  dəyirmi masa  iştirakçılarını və onların simasında bütün rayon sakinlərini  əlamətdar gün  münasibətilə təbrik edərək  bildirir ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti öz taleyini, övladlarının gələcəyini Yeni Azərbaycan Partiyasına etibar edir,ona etimad göstərirlər.Partiyanın tarixi Azərbaycanın müstəqillik dövrü ilə sıx vəhdət təşkil edir.YAP ölkəmizin yaxın keçmişinin şərəfli salnaməsidir, xalqa, dövlətə xidmət nümunəsidir. Bu gün partiyamız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirərək, ölkənin aparıcı qüvvəsi kimi formalaşaraq, ümumxalq partiyasına çevrilib.

Keçidlər