Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir heyvası Rusiya bazarlarına çıxarılacaq

01 noyabr 2017 | 16:00

Kürdəmir rayonunda heyva yığımına başlanılıb. Cari mövsümdə bağlardan 2000 ton məhsul əldə olunması gözlənilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bölgədə heyva bağlarının sahəsi ildən-ilə artır və hazırda 130 hektara çatıb. Rayonun demək olar ki, bütün ərazisində, xüsusilə Yenikənd, Atakişili, Xırdapay, Qağacılı, Topalhəsənli, Dəyirmanlı, Mürtülü və digər kəndlərdə sakinlər heyva bağları salmağa böyük maraq göstərirlər. Kürdəmirli bağbanlar heyvanın “Məcidəmi”, “Bəhram”, “Cardam”, “Kamil”, “Əppək”, “Armudu”, “İyli”, “Almalı”, “Bardaq” və digər növlərini yetişdirirlər.

Ötən il rayonda 1890 ton heyva tədarük olunub. Bu il məhsul istehsalının 2000 tonadək artacağı gözlənilir.

Yığılan məhsul təkcə yerli bazarlara deyil, xarici bazarlara da göndərilir. İndi sahibkarlar Kürdəmir heyvasını Rusiya bazarlarına çıxarmağa hazırlaşırlar.

Keçidlər