Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirli fermer: Gələn il pambıq əkini sahələrini iki dəfə artıracağıq

30 oktyabr 2017 | 16:00

Kürdəmir rayonunun Qarasu kənd sakini Elxan Rəhimova məxsus ailə-fermer təsərrüfatında cari mövsümdə 10 hektar sahədə pambıq yetişdirilib və hazırda məhsul yığımı sürətlə davam etdirilir.

Ailə-fermer təsərrüfatının başçısı Elxan Rəhimov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, fermerlərə göstərilən dəstək bizim üçün ənənəvi sahə olan pambıqçılığın yenidən dirçəldilməsinə və inkişafına şərait yaradıb. Bu mövsüm əkin apardığımız sahələrdə yüksək aqrotexniki tədbirləri ardıcıl həyata keçirərək, gözlədiyimiz məhsulu yetişdirmişik. Hazırda yığım davam edir. İndiyədək 26 ton “ağ qızıl” toplanılıb. Hər hektardan azı 30 sentner məhsul yığmaq əzmindəyik”.

Kürdəmirli fermer bildirib ki, pambıqçılıq böyük zəhmət tələb edən sahədir. “Əldə etdiyimiz təcrübə və torpağa bağlılığımız ailəlikcə bizi təsərrüfatın bu sahəsini ildən-ilə genişləndirməyə ruhlandırır. Gələn il pambıq əkini sahələrinin iki dəfə artırılmasını qərara almışıq”, - deyə Elxan Rəhimov qeyd edib.

Keçidlər