Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir: lizinq yolu ilə alınan 217 baş cins düyə artırılaraq 600 başa çatdırılıb

30 oktyabr 2017 | 16:00

Kürdəmir rayonunda heyvandarlıq aqrar sektorun ənənəvi, həm də aparıcı sahələrindəndir və son illər fermerlər mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına böyük maraq göstərirlər.

Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, bölgədə mal-qaranın baş sayı intensiv olaraq artır və hazırda 65 min başa çatıb. Artıq fermerləri bu artımdan daha çox sürülərin daha məhsuldar, cins heyvanlardan ibarət olması maraqlandırır. Təsadüfi deyildir ki, lizinq yolu ilə alınan 217 baş cins düyə artırılaraq 600 başa çatdırılıb. Təkcə bu ilin doqquz ayında 1224 baş inək süni mayalandırılıb, 467 baş cinsi yaxşılaşdırılan bala alınıb. Bu istiqamətdə işlər davam etdirilir.

Keçidlər